Qazaxıstan taxıl və un ixracını məhdudlaşdırılması ilə bağlı qərar verib.
Bizimyol.info xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Yerbol Karaşukeev müvafiq əmr imzalayıb.
Sənədə görə, bu il iyunun 15-dək ən böyük taxıl ixrac edən ölkələrdən biri olan Qazaxıstandan buğda və unun ixracı ciddi şəkildə təsdiq edilmiş kvota həcmi miqdarında həyata keçiriləcək. Göstərilən tarixədək Qazaxıstanda buğda və maya üçün tətbiq olunan məhdudiyyət 1 milyon ton, buğda və ya buğda-çovdar unu üçün isə 300 min ton müəyən edilib.
Bundan əlavə, sənəd qüvvəyə mindiyi günədək gömrük qanunvericiliyinə uyğun olaraq ixrac gömrük proseduru çərçivəsində sənədləşdirilmiş mallar Qazaxıstan Respublikasının ərazisindən maneəsiz ixrac ediləcək.