Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibə 53 gündür davam edir, bəzi silahları hələ ala bilmirik" - Zelenski
"Müharibə 53 gündür davam edir, bəzi silahları hələ ala bilmirik" - Zelenski

Ukrayna Rusiya təcavüzü ilə mübarizə üçün lazım olan silahların çatdırılması ilə bağlı tərəfdaşları ilə daim danışıqlar aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 17-də Prezident Aparatı tərəfindən "Facebook"da yayımlanan videomüraciətdə bildirib.

“Biz müdafiəni təmin etmək üçün hər şeyi edirik, tərəfdaşlarla daim əlaqə saxlayırıq. Həqiqətən hər cür kömək edənlərə təşəkkür edirəm. Amma bizə lazım olan silah-sursata sahib olan və yardımını əsirgəyənlər bilməlidirlər ki, bu müharibənin gələcəyi onlara təhlükə olduğu kimi döyüşün taleyi həm də onlardan asılıdır. Onların vaxtında qəbul etdikləri qərar insanların taleyini xilas edə bilər. Həm də bu təkcə ukraynalılar deyil, öz ölkələrinin insanları da oal bilər”,- deə o qeyd edib.

Prezident qeyd edib ki, Ukraynanın müraciətlərinə cavab verməyə tələsməyən ölkələr var.

“Müharibənin 53-cü günü artıq başa çatıb və silahlarla bağlı sorğularımızda bəzi maddələrə 53 gündür cavab gözləyirik. Bəzi cavablar elə tərtib edilib ki, çatdırılma yalnız may ayında başlaya bilər. Mən belə hallarda açıq deyirəm: hər silah gecikməsi, hər siyasi gecikmə Rusiyanın ukraynalıların canını almaq üçün verilən icazədir. Rusiya sizin gecikən qərarlarınız sayəsində öldürülənlərin və dağıntıların sayını artırır və bu barədə hər gün fəxrlə açıqlamalar verirlər. Reallıqda bu belə olmamalıdır, biz döyüşürük və bundan imtina etməyəcəyik. Amma bunun üçün bəzi silahların lazımi yerdə olması döyüşlərin taleyini həll edir, həyati əhəmiyyət daşıyır”,- deyə Ukrayna prezidenti bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »