Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin sonu çox yaxındadır" - Avakov
"Putinin sonu çox yaxındadır" - Avakov

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov Rusiya prezidenti Vladimir Putinin taleyi barədə proqnoz verib. Fevralın 24-də Ukraynaya genişmiqyaslı işğala başlayan Rusiya Federasiyasının prezidenti ukraynalıların ağ;llı davranışı sayəsində artıq döyüşü uduzub, indi onun yalnız iki yolu var.

Bizimyol.info xəbər verir ki, keçmiş nazir bu barədə “Ukraine Together” layihəsinin efirində danışıb.

Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin sözlərinə görə, Putin artıq planlarının iflasa uğradığını görür. Gəmi batır, "güclü Rusiya ordusu" ilə bağlı yüksək səslə deyilənlərin mif olduğu ortaya çıxır, həm siyasətdə, həm iqtisadiyyatda, həm də cəbhədə uğursuzluq ard-arda gəlir. Putin yalnız bundan sonra nə edəcəyini seçə bilər.

Avakov hesab edir ki, işğalçı ölkənin prezidenti öz xalqına öz məğlubiyyətini mərhələlərlə açıqlaya, “məqsədlərinə çatmadıqları” barədə xalqa etiraf edə bilər. Əgər Putin “qələbə” haqda yalan danışmaq istəmirsə, o zaman o, “qırmızı düyməni” basmağa – nüvə silahından istifadə etməyə qərar verə bilər. Bu halda üçüncü dünya müharibəsi başlayacaq və Rusiya Federasiyası digər ölkələrdən anında cavab zərbəsi alacaq. Hətta bu bir neçə ölkə tərəfindən edilə bilər.

Avakov qeyd edib ki, hər halda, “güclü Rusiya ordusu” mifi artıq darmadağın olub. İndi aydındır ki, Putinin bir sıra qərarları nəyə gətirib çıxara bilər.

"Mif dağıldı. Biz bunu gördük. 300 təyyarə və helikopter vuruldu, 800-ə yaxın tank məhv edildi, flaqman öldü - boğularaq öldü. Bundan sonra nə baş verəcək? İndiki vəziyyət onun elitasını içəridən partlada bilər. Bunun necə baş verəcəyini bilmirik. Biz ancaq onu bilirik ki, Rusiya imperiyasının bütün dünyada tiranlığı, sadəcə, çox pis başa çatır. Bir səhər onu ipək şərflə boğularaq ölmüş vəziyyətdə tapa bilərlər. Yaxud da deyəcəklər ki, hansısa xəstəlikdən, belə demək mümkünsə, qəhrəmancasına həlak olub. Yoxsa, o vaxt Qorbaçovda olduğu kimi, hardasa internasiya olunacaq. Yaxud Liviyada Qəddafi ilə olduğu kimi, onunla da eynisi baş verəcək. Bunu heç kim bilmir. Bilinən odur ki, onun sonu çox yaxındadır”,- deyə Avakov bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »