Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna G7 ölkələrindən büdcə kəsirini ödəmək üçün 50 milyard dollar istəyir
Ukrayna G7 ölkələrindən büdcə kəsirini ödəmək üçün 50 milyard dollar istəyir

Ukrayna G7 ("Böyük Yeddilik") ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

Onun sözlərinə görə, dövlət sıfır faizlə kuponlu istiqrazların buraxılması imkanlarını da nəzərdən keçirir. Bu, növbəti 6 ay ərzində müharibə səbəbindən yaranmış büdcə kəsirinin ödənilməsinə kömək edəcək.

Ustenko qeyd edib ki, hazırda bu variantlar fəal şəkildə müzakirə olunur.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Baş nazir Denis Şmıqal deyib ki, hazırda büdcə hərbi istiqrazların buraxılması, tərəfdaşların və beynəlxalq maliyyə təşkilatlarının dəstəyi sayəsində doldurulur.

Son xəbərlər
Bütün xəbərlər »