Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərminin işində daha bir qalmaqal: İlkinin evinə gizli girənlər kim olub? - Foto
Nərminin işində daha bir qalmaqal: İlkinin evinə gizli girənlər kim olub? - Foto

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərminin itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla əlaqədar məhkəmədə daha bir qalmaqallı faktın üstü açılıb.

Məlum olub ki, azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan, lakin işgəncə altında törətmədiyi cinayəti üzərinə götürdüyünü deyən İlkin Süleymanovgilin evinə Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov daha bir neçə polislə birlikdə gecə saat 4-5 radələrində gizli daxil olub. Süleymanovun ailə üzvləri deyir ki, məqsəd evə saxta sübutlar atmaq olub. Fotodakı şəxs - Tovuz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Azər Məmmədov da həmin vaxt orada olanlardandır. Özü məhkəmədə inkar etdi, həmin vaxt evində yatdığını dedi. Amma ortaya faktı təsdiqləyən telefon anten dairəsilə bağlı məlumatlar çıxdı və məlum oldu ki, gecə saat 4-5 radələrində o, İlkinin evi yerləşən çevrədə olub.

Azər Məmmədov və Altay Ələkbərov Azər Məmmədov və Altay Ələkbərov / Foto: Bizimyol.info

Fotoda ikinci şəxs - əməliyyat müvəkkili ilə söhbətləşən isə yandırılmış meyiti Süleymanovların evinin qarşısına atmaqda adı hallanan kənd sakini Altay Ələkbərovdur. O, dindiriləndə bu cinayətdə adı hallandığını təsdiqləyib. Əlavə edib ki, məsələnin araşdırılması üçün o zaman şikayət vermişdi.

Altay Ələkbərovun adının hallanmasının səbəblərindən biri də hadisə ərəfəsində o ərazidə ağ rəngə çalan "VAZ-2107" markalı avtomobilin olması haqda şahid ifadəsidir. Onun avtomobili də eynidir. Amma o deyir ki, həmin vaxt kabel almağa getdiyinə görə oradan keçib...

Qeyd edək ki, bundan sonra həyətdən 2-ci qrupa aid olan qan ləkəsinin tapıldığı iddia edilib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »