Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Cozef Baydenin Ukraynaya səfər edəcəyini düşünürəm"
Zelenski: "Cozef Baydenin Ukraynaya səfər edəcəyini düşünürəm"

“Fikrimcə, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya gələcək".

“Report” xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

“ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır. Bu, əlbəttə, onun qərarıdır. Amma hesab edirəm ki, o, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün Ukraynaya gələcək”, - V.Zelenski söyləyib.

O, həmçinin fransalı həmkarı Emmanuel Makronu Kiyevə dəvət edib: “Mən Rusiyanın törətdiyi vəhşilikləri şəxsən görmək üçün onu Ukraynaya dəvət edirəm. Bu səfər Fransa Prezidentinin Ukrayna xalqının soyqırımı ilə bağlı mövqeyini dəyişəcək”.

V.Zelenskinin fikrincə, E.Makron Rusiya ilə dialoq üçün bəzi addımlar atmaq istəyir.

Qeyd edək ki, aprelin 14-də C.Bayden Kiyevə gəlməyə hazır olduğunu bildirmişdi. Lakin sonradan Ağ ev ABŞ liderinin Ukraynaya səfərinin hələ planlaşdırılmadığını açıqlayıb.

Bir müddət əvvəl Fransa Prezidenti Ukraynada baş verənləri soyqırım kimi qiymətləndirsə də, sonradan bu fikirlərindən imtina etmişdi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »