Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketində neftlə bağlı qadağalar da olacaq
Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketində neftlə bağlı qadağalar da olacaq

Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketində Moskvadan neft almağı məhdudlaşdıran müddəlar da var.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

O, bunu söyləyən zaman Almaniyanın “Zeit” nəşrində dərc olunan məqaləyə istinad edib.

“Avropa İttifaqı neftin növbəti sanksiyalar paketinə daxil edilməsi mexanizmlərini nəzərdən keçirir, həmçinin bank sektoru, xüsusilə “Sberbank” və Rusiyanın enerji sektoru ilə bağlı məhdudiyyətləri planlaşdırır”, - A.Yermak bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan neft alışını tədricən məhdudlaşdırmaq niyyətindədir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »