Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada Putinin kirvəsini girov imkanı olmadan həbsə göndərdilər
Ukraynada Putinin kirvəsini girov imkanı olmadan həbsə göndərdilər

Lvov şəhər məhkəməsi ukraynalı müxalif siyasətçi Viktor Medvedçukun həbs-qətimkan tədbirini dəyişərək girov təyin etmək imkanı olmadan həbs etmək qərarı verib.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü “Strana” nəşri məlumat yayıb.

"Lvov məhkəməsi Viktor Medvedçukun həbs-qətimkan tədbirini dəyişdirdi. O, girov təyin olunmadan həbsə göndərilib", - məlumatda deyilir.

2021-ci ilin mayında Medvedçuka qarşı “Dövlətə xəyanət” və “Müharibə qanunlarını və adətlərini pozma” maddələri ilə ittiham irəli sürülüb. Kiyevin Peçerski Rayon Məhkəməsi onun barəsində ev dustaqlığı kimi həbs-qətimkan tədbiri seçib. Oktyabrda müxalifətçi dövlətə xəyanətdə və terror təşkilatlarına yardımda ittiham olunub. Müstəntiqlərin fikrincə, o, 2014-2015-ci illərdə Donbassın Kiyevin nəzarətində olmayan ərazilərindən 200 milyon qrivnadan (təxminən 7,6 milyon dollar) çox məbləğ dəyərində kömür tədarükü ilə məşğul olub. Siyasətçi ona qarşı irəli sürülən ittihamları rədd edir.

Fevralın 27-də Medvedçukun vəkili Larisa Çeredniçenko bildirib ki, müdafiə etdiyi şəxs millətçi qrupların həyatına təhlükə olduğu üçün onun ev dustaqlığında olduğu Kiyevdəki evini tərk edib. Lakin o, Ukrayna paytaxtında qalıb. Martın 18-də məhkəmə müxalifətçinin həbsi ilə bağlı qiyabi hökm çıxarıb.

Ukraynada saxlanılan ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Rusiya prezidenti Vladimir Putindən ərinin dəyişdirilməsinə köməklik göstərməsini istəyib.

“Hörmətli Vladimir Vladimiroviç, Sizə Kiyev hakimiyyəti tərəfindən siyasi motivlərlə qanunsuz olaraq həbs edilən ərimin dəyişdirilməsinə kömək istəyi ilə müraciət edirəm. Viktor Medvedçuk Ukrayna və Rusiya tərəfləri arasında müvafiq razılıq əldə olunarsa, onun dəyişdirilməsinə və Rusiya Federasiyası ərazisinə ekstradisiyasına razılıq verib”, - o, şənbə günü yayılan videomüraciətdə bildirib.

Putin və Medvedçuk kirvədirlər. Vladimir Putin Medvedçukun qızının xaç atasıdır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »