Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Rusiya ilə razılaşma iki sənəddən ibarət ola bilər
Zelenski: Rusiya ilə razılaşma iki sənəddən ibarət ola bilər

Ukrayna ilə Rusiya arasında müqavilələr iki sənəddən ibarət ola bilər.

Bizimyol.info xəbər verir ki, bunu şənbə günü Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin sosial şəbəkə mediasına müsahibəsində deyib.

“Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər. Onlardan biri Ukraynanın təhlükəsizlik təminatlarına, digəri isə birbaşa Rusiya Federasiyası ilə münasibətlərinə aid olmalıdır. İnanıram ki, bunlar iki fərqli sənəd ola bilər. Bu təhlükəsizlik zəmanətlərinə hazır olanlardan təhlükəsizlik zəmanətləri. Həm də Rusiya ilə ayrıca sənəd hazırlanmalıdır”, - deyə o bildirib.

Prezident Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan ölkələrin adlarını da sadalayıb. “Bu gün Baş nazir Boris Consonun Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyədən ibarət təhlükəsizlik zəmanət verəcək dövlətlərin hazır siyahısı var. Düşünürəm ki, o, Avropa İttifaqından ayrı olacaq. Mən Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə, Avropa Şurasının sədri Şarl Mişel, Fransa, Almaniya ilə ayrıca danışdım", - deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, o, hələ ki, digər dövlətlərdən zəmanətin verilməsinə dair təsdiq almayıb: “Ancaq çətin suallar var: biz nə istəyirik və nəyi təmin etməyə hazırıq. Təhlükəsizlik zəmanəti verməyə hazır olan ölkələr bunu razılaşdırılmış konkret komsepsiya olaraq təqdim etməlidirlər”, - deyə siyasətçi bildirib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların başlaması ilə bağlı qərar verib. Ölkənin bir sıra əyalətləri işğal olunub və ya hərbi hücuma məruz qalıb. Moskva bunu Ukrayna ərazilərinin işğalı daxil deyil, ölkənin "demilitarizasiyası və denazifikasiyası" adlandırır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »