Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN Londonun Medvedçukla bağlı cavabını gözləyir
Rusiya XİN Londonun Medvedçukla bağlı cavabını gözləyir

Rusiya Xarici İşlər Nazirliyi gözləyir ki, Britaniya rəhbərliyi ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşının Ukrayna Silahlı Qüvvələrinin tərəfində Ukraynada ərazisində döyüş əməliyyatlarında iştirak edərkən Rusiya Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Britaniya vətəndaşları Aiden Eslin və Şon Pinnerlə dəyişdirilməsi xahişinə gecikdirmədən cavab verəcək.

“Bu yaxınlarda Kiyevə səfər edən Böyük Britaniyanın baş naziri Boris Conson, yəqin ki, kral əzəmətinin təbəələrinin taleyindən xəbərdardır. Cavab verməkdə gecikməyəcək, lakin Böyük Britaniyanın xarici işlər naziri Liz Truss sizə britaniyalıların orada prinsipcə nə etdiklərini söyləyəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü Telegram kanalında bildirib.

Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da ərinin azad edilməsinə köməklik göstərilməsi xahişi ilə müraciət etdiyi bildirilir.

Çərşənbə axşamı Ukrayna prezidenti Vladimir Zelenski Medvedçukun həbsini elan etdib və ona oxşayan qandallı adamın fotolarını yayımladı. Zelenski onu ukraynalı hərbi əsirlərlə dəyişdirməyi təklif edib. Lakin Moskva Medvedçukun Rusiya vətəndaşı statusuna malik olmadığını əsəs gətirərək bu təklifdən imtina etdiyini bildirmişdi. Görünür Rusiya XİN imtina bəyanatını Rusiya prezidenti ilə razılaşdırmadan verib. Bu gün isə münasibətlərinin gərgin olduğu Londondan hümanist addım gözləyir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Viktor Medvedçukun kiçik qızı Daryanın xaç atasıdır.

Qeyd edək ki, Ukraynada Medvedçuk vətənə xəyanətdə və Krımda milli resursları mənimsəməkdə, həmçinin 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində Donbass ərazilərindən təxminən 7,6 milyon dollar dəyərində kömür tədarükündə şübhəli bilinir. O, fevralın sonunda ev dustaqlığından qaçaraq gizlənib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »