Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Honq-Konq sahillərində neft tankeri partlayıb
Honq-Konq sahillərində neft tankeri partlayıb

Bu gün Honq-Konq sahillərində neft tankerinin göyərtəsində partlayış baş verib, bir nəfər ölüb, altı ekipaj üzvü yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat verib.

Hadisə yerli vaxtla saat 16.00 radələrində Honq-Konqdan təxminən 300 kilometr şərqdə baş verib.

Dövlət Uçuş Xidməti zərərçəkənlərin təxliyyəsi üçün hadisə yerinə iki helikopter göndərib. Ekipaj üzvlərindən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, daha üç nəfərin vəziyyəti ağırdır. Onların ağır yanıq xəsarətləri aldıqları bildirilir.

Partlayışın səbəbi barədə hələ müəyyən edilməyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »