Həbsdə olan ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko əsir götürülən Britaniya vətəndaşlarının yaxınlarına müraciət edib.
Bizimyol.info xəbər veririr ki, bu barədə Rusiyanın "TASS" xəbər agetliyi məlumat yayıb.
Agetliyin verdiyi məlumata görə, iki britaniyalı muzdlu Mariupolda Ukrayna Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib və Rusiya və DXR silahlı qüvvələri tərəfindən əsir götürülüb.
“Mən Aiden Aslin və Sean Pinnerin ailəsinə və dostlarına müraciət edirəm - Aislan Angelin, Newton və Shannon Wood, Derby və Evan Pinner. Ölkənizin baş naziri Boris Consondan Ukrayna rəhbərliyinə təsir göstərməyi və Aiden və Şonun Kiyev hakimiyyəti tərəfindən saxlanılan ukraynalı müxalif siyasətçi, həyat yoldaşım Viktor Medvedçukla dəyişdirilməsi yolu ilə azadlığa buraxılmasına kömək etməyinizi sizdən xahiş dirəm. Bilirəm ki, hazırda mənim həyat oldaşıma yalnız siz kömək edə bilərsiniz”,- deyə Marçenko müraciətində qeyd edib.
Qeyd edək ki, aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Medvedçukun saxlandığı elan edilib. Ukrayna məhkəməsi onun ailəsinin əmlakına həbs qoyub. Həmin vaxt Ukrayna prezidenti Volodimir Zelenski həbs edilən şəxsi ukraynalı məhbuslarla dəyişdirməyi təklif etmişdi. Lakin Rusiya tərəfi Medvedçukun “xarici siyasi xadim” olduğunu və mübadilə üçün lazım olan Rusiya vətəndaşı statusuna malik olmadığını bildirərək bundan imtina etmişdi.
Ukraynada Medvedçuk vətənə xəyanətdə və Krımda milli resursları mənimsəməkdə, həmçinin 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində Donbass ərazilərindən 200 milyon qrivnadan (təxminən 7,6 milyon dollar) çox məbləğdə kömür tədarükündə şübhəli bilinir. O, fevralın sonunda ev dustaqlığından qaçaraq gizlənib.
Xatırladaq ki, Putin və Medvedçuk kirvədirlər. Belə ki, Rusiya prezidenti Vladimir Putin Viktor Medvedçukun kiçik qızı Daryanın xaç atasıdır.
Qadir, Bizimyol.info