Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib. Beləliklə, Rusiya Federasiyası Böyük Britaniyanın demək olar ki, bütün hökumətinə girişi qadağan etdi.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu addım Londonun Rusiyanı beynəlxalq miqyasda təcrid etmək, ölkəmizi cilovlamaq üçün şərait yaratmaq və daxili iqtisadiyyatı boğmaq məqsədi daşıyan cilovsuz informasiya-siyasi kampaniyasına cavab olaraq atılıb.
Beləliklə, indi onlar Rusiyaya daxil ola bilməyəcəklər:
Baş nazir Boris Johnson;
Baş nazirin müavini, ədliyyə naziri Dominik Raab;
Xarici işlər naziri Liz Truss;
Müdafiə naziri Ben Uolles;
Nəqliyyat naziri Qrant Şapps;
Daxili işlər naziri Priti Patel;
Maliyyə Naziri Rishi Sunak;
Müəssisə, Energetika və Sənaye Strategiyaları Naziri Kwazi Kwarteng;
Rəqəmsallaşma, Mədəniyyət, Media və İdman Naziri Nadine Dorries;
Müdafiə nazirinin müavini Ceyms Hippi;
Şotlandiyanın birinci naziri Nikola Sturgeon;
İngiltərə və Uels üzrə Baş prokuror, Swaella Braverman;
Mühafizəkar deputat, Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniya Rusiyadan olan 200-dən çox fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
Qadir, Bizimyol.info