Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusların Kiyevə raket hücumu nəticəsində ölən və yaralananlar var
Rusların Kiyevə raket hücumu nəticəsində ölən və yaralananlar var

Kiyevin Darnitski rayonuna raket hücumu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Bizimyol.onfo xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

“Hava hücumundan müdafiə sistemimizin işləməsinə, ordumuz bizi hər cür hücumdan qorumasına baxmayaraq, bu gün səhər saatlarında Darnitsa bölgəsində partlayışlar oldu. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər isə aldıqları xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər, həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparırlar”, - mer bildirib.

Vitali Kliçko Vitali Kliçko

Kliçko xatırladıb ki, ötən gün Rusiya komandanlığı Ukraynanı paytaxt Kiyevə və digər iri şəhərlərə hücum edəcəkləri ilə hədələyib. O qeyd edib ki, Kiyev təcavüzkarın hədəfi olub və əsas hədəf olaraq qalır, ona görə də paytaxtın atəşə tutulmasının davam edəcəyi istisna edilmir. "Biz bunu gözləyirdik. Xüsusilə də Kiyevdə xeyli mülki vətəndaşın olduğunu bilən düşmənin paytaxtı hədəf seçəcəyi ən yüksək  etimal proqnozlarımız arasında idi", - deyə Kliçko bildirib.

Mer şəhəri tərk edən kiyevliləri bir daha evlərinə qayıtmamağa çağırıb: "Biz geri qayıtmağı qadağan edə bilmərik, yalnız tövsiyə edə bilərik. Amma daha çox məlumatı olan hərbçilərin tövsiyələrinə əsasən tövsiyə edirik. Şəhərdə olan əhaliyə isə həyəcan siqnalı verilən zaman buna etinasız yanaşmamalarını tövsiyə edirik", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »