Son zamanlar gələn beynəlxalq tərəfdaşların köməyi Ukraynanın Rusiya ilə müharibədə qələbəsini yaxınlaşdırır.
Bunu “QORDON” nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində Ukraynanın “Batkivşina”dan olan xalq deputatı, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) istefada olan generalı Andrey Kojemyakin deyib.
General jurnalistin sualına cavab olaraq bildirib ki, rusların Kiyevi işğal etməsi real deyil: "Bu həm də ik-üç həftə əvvəlki Kiyev ətrafında olduqları zamanı da real deyildi və buna nail ola bilmədilər",- deyə qeyd edib.
"Biz parlamentdə mobil biriqadalar təşkil etmişik. Onlar döyüş bölgələtinə gedirlər orada olan hadisələr barədə məlumatlar verirlər. Bu məlumatlarla tanış olandan sonra xalqımıza bu dəhşətləri yaşadanları asmaqdan başqa qərar verə bilmirəm. Onlar əsl faşistdirlər", - deyə deputat bildirib. Geniral mülki əhalinin may ayından tez Kiyevə geri dönməsini təhlükəli hesab edir. O həmvətənlərini bir az da dözməyə, səbrli olmağa çağırıb.
"Tərəfdaşlarımıza və indi, xüsusən də son vaxtlar, heç vaxt heç kimə təslim olmayan əsgərlərimizin və xalqımızın cəsarəti və dözümlülüyü sayəsində gələn yardımlar sayəsində müharibə 3 ay sonra bizim qələbəmizlə başa çatacaq. Bu, mənim proseslə bağlı subyektiv fikirim, proqnozumdur”, - deyə general bildirib.
Onun fikrincə, Ukrayna artıq bütün dünyanı birləşdirib.
"Onlar tez-tez dilimizi, inancımızı və başqa hər şeyi bölüşmək istəyirdilər. İndi isə deyə bilərik ki, bütün dünyanı öz ətrafında birləşdirən qüdrətli Ukrayna xalqı formalaşıb. Hətta o ölkələrin sakinləri də Ukraynanın harada olduğunu belə bilməyiblər. Avropa İttifaqı bizim hörmətə layiq ölkə olduğumuzu artıq anladı”,- deyə Kojemyakin bildirib.
Qdir, Bizimyol.info