Türkiyənin Ukrayna mühərrikli AKINCI B pilotsuz təyyarəsi yüksəklik rekordu qırıb. Belə ki, AKINCI B döyüş pilotsuz uçuş aparatı 10,7 km yüksəklikdə sınaq uçuşu edərək yeni yüksəklik rekordunu göstərib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Baykar Makina”nın direktoru Selçuk Bayraktar öz “Twitter” səhifəsində məlumat verib: “AKINCI B” pilotsuz uçuş aparatı (PUA) dayanıqlılıq sınaq uçuşundan keçib”.

Bayraktar qeyd edib ki, dron təxminən 10,7 km olan 35 min fut yüksəklikdə uçub. Martın sonunda Türkiyənin “Baykar Makina” şirkəti Ukrayna mühərrikli yeni İHA-nı təqdim edib.
“MUIS reaktiv mühərrikli olacaq və Türkiyənin flaqman amfibiya hücum gəmisi TCG Anadolu ilə havaya qalxıb enə biləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.
Haluk Bayraktarın daha əvvəl də qeyd etdiyi kimi, AKINCI PUA-da bu döyüş pilotsuz təyyarəsinin müxtəlif versiyalarında Ukrayna istehsalı olan müxtəlif gücə malik mühərriklər quraşdırılıb. Burada söhbət, "İvçenko-Proqres" Dövlət Müəssisəsi və "Motor Sich" ASC tərəfindən istehsal olunan mühərriklərdən gedir.
Qeyd edək ki, bu dron şirkətin reaktiv mühərrikli ilk dronu olacaq. Platforma yüksək hündürlükdə səsdən yüksək sürətlə uçacaq. İlk uçuş daha əvvəl 2023-cü ilə planlaşdırılıb.
İlahin, Bizimyol.info