Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin batan "Moskva"nın qisasını necə alacaq: Siyahıda nüvə silahı da var
Putin batan "Moskva"nın qisasını necə alacaq: Siyahıda nüvə silahı da var

Ekspertlər, Kiyevin mərkəzinə raket zərbələrinin artacağını proqnozlaşdırırlar. Rusiya qoşunları “Moskva” raket kreyserinin məhv edilməsinin qisasını ala bilər. Kiyevdəki “nəzarət mərkəzi” – baza düşərgəsinin altındakı bunker “Moskva” raket kreyserinin məhvinə görə “intiqam alacaq” rusiyalı terrorçuların əsas hədəfinə çevrilə bilər. Bununla əlaqədar ekspertlər Ukrayna paytaxtının mərkəzi hissəsinə raket hücumlarının artacağını proqnozlaşdırırlar və nüvə zərbəsini də istisna etmək olmaz.

Bizimyol.info xəbər verir ki, bu barədə “Seqodnya” saytına hərbi ekspert Oleq Jdanov açıqlama verib. O, qeyd edib ki, Kiyevin hökumət məhəlləsinə raket zərbələri intensivləşənə qədər bu zərəbələr davam edə bilər. Jdanovun sözlərinə görə, Rusiyanın “zərbə vurmaq vaxtıdır” bəyanatları siyasi xarakter daşıyır: "Bu, onların zərbə vura biləcəyindən xəbər verir. Bu, nə dərəcədə uğurlu ola bilər, məqsədlərinə çatacaqlarmı - bunu, bizim hava hücumundan müdafiə sistemimizin imkanlarını göstərəcək. Əgər düşmən nüvə silahından istifadə edərsə, o zaman müharibə tamam başqa müstəviyə keçəcək. Rusiya üçün nəticələri tamamilə başqa olacaq. Qərar qəbuletmə mərkəzinə gəlincə, o, yaxşı qorunur. Çox yaxşı. Bina Sovet dövründə mümkün nüvə zərbəsi gözləntiləri ilə tikilib. Silah texnologiyası çoxdan irəli getsə də, amma mən təkrar edirəm, obyekt yaxşı qorunur”.

Jdanov hesab edir ki, paytaxta yeni zərbələr dalğası “Moskva”-nın qisasını almaq məqsədilə olacaq. "Bizim hər bir uğurlu cavabımız üçün Putin hansısa yolla qisas almağa çalışacaq. Bizim qələbəmiz onun məğlubiyyətidir. Görək, sonda qisas nədən ibarət olacaq",– deyə hərbi ekspert vurğulayıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko da Rusiyanın Kievin “nəzarət mərkəzinə” zərbə endirəcəyini proqnozlşadırır: "Hər zaman nə deyirlərsə - bir qayda olaraq həyata keçirməyə çalışırlar. Məsələn, müharibənin başlamasını götürək. Onların belə imkanları varmı? Bəli. Buna ciddi yanaşmaq lazımdır. İstənilən müdafiə hücuma keçən zərbə qüvvəsini azaldır. Rəhbərlik bunu başa düşür və müvafiq tədbirlər görür".

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyevdə hökumət binalarını atəşə tutmaqla hədələməyə başlayıb. Bu, Ukraynanın Rusiya Federasiyası ərazisindəki hədəflərə edilən zərbələrə cavab olacaq.

Ukrayna Prezident Aparatı, artıq düşmənin təxribatlarına cavab verib və Rusiyanın istənilən ssenarisinə hazır olduqlarını bəyan edib. Ukrayna Müdafiə Nazirliyi Kiyevə qayıtmağın hələ tez olduğunu bildirsə də, lakin mer Vitali Kliçkonun sözlərinə görə, daha əvvəl gedənlərin üçdə ikisi artıq geri qayıdıb.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »