Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Ukraynaya yardımları Putini çətinə salıb - Hədə-qorxu gəlir...
ABŞ-ın Ukraynaya yardımları Putini çətinə salıb - Hədə-qorxu gəlir...

Rusiya Ukraynaya silah yardımı edən bütün ölkələri rəsmən hədələyir. Diplomatik demarş prezident Baydenin Ukraynaya göndərilən silah çeşidlərinin dramatik şəkildə genişləndirilməsini təsdiqlədikdən sonra başlayıb.

Rusiya Xarici İşlər Nazirliyi isə, mətbuat vasitəsilə Ukraynaya silah tədarükü ilə əlaqədar ABŞ-a nota göndərilməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib. Bizimyol.info xəbər verir ki, bu barədə “Kommersant” xəbər verir. Məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da təsdiqləyib. Zaxarova qeyd edib ki, oxşar nota “bütün ölkələrə” göndərilib.

Qeyd edək ki, “The Washington Post” Rusiyanın bu həftə ABŞ-a göndərdiyi rəsmi diplomatik notanın mətni ilə tanış olub.

Diplomatik demarş prezident Baydenin Ukraynaya silah tədarükünün dramatik şəkildə genişləndirilməsini, 155 mm-lik qaubitsalar, pilotsuz təyyarələr və zirehli maşınlar, həmçinin insan tərəfindən daşınan əlavə zenit və tank əleyhinə silahlardan ibarət 800 milyon dollarlıq paketi təsdiqləməsindən sonra baş verib.

“Rusiyanın Kiyev rejiminə kütləvi silah və hərbi texnika tədarükündən narahatlığı haqqında” adlı sənəd rus dilində tərcüməsi ilə birlikdə Rusiyanın Vaşinqtondakı səfirliyi tərəfindən Dövlət Departamentinə göndərilib.

Rusiya müttəfiqlərini münaqişə zonalarına silahların ötürülməsinin "sərt prinsiplərini" pozmaqda və "Ukraynada radikal millətçilərin, ekstremistlərin və quldur birləşmələrinin əlinə yüksək dəqiqlikli silahların keçməsi təhlükəsinə" məhəl qoymamaqda ittiham edib. Notada deyilir: “Biz ABŞ və onun müttəfiqlərini regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb olan Ukraynanın məsuliyyətsiz hərbiləşdirilməsini dayandırmağa çağırırıq”.

ABŞ prezident administrasiyasının rəsmisi qeyd edib ki, ukraynalı tərəfdaşlarımıza göstərdiyimiz külli miqdarda yardım son dərəcə təsirli olduğunu sübut edir: "Rusların bizə özəl olaraq söylədiyi fikir, bizim dünyaya açıq şəkildə söylədiyimiz fikirdir".

Ekspertlərin fikrincə, Rusiya konvoylara silahlı hücum etməyə hazırlaşır.

"Onlar Ukraynada bu ehtiyatların bir hissəsinin saxlandığı təchizat anbarlarını düzgün şəkildə hədəfə alıblar. Əsl sual, təchizat konvoylarını və Ukrayna sərhədlərinə yaxın tədarük üçün tranzit NATO ölkələrini vurmağa çalışacaqlarmı?",- Bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya təhlili şöbəsinin keçmiş direktoru George Bib deyib. O bildirib ki, əgər Rusiya ordusu müharibənin növbəti mərhələsində “büdrəsə”, Rusiyanın NATO təchizatlarını hədəfə alması riski xeyli artacaq.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »