Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Ukraynaya silah yardımları müharibəni qısa müddətə bitirəcək"
Zelenski: "Ukraynaya silah yardımları müharibəni qısa müddətə bitirəcək"

Rusiya-Ukrayna müharibəsinin 52-ci günündə Ukrayna prezidenti Volodimir Zelenski müraciətində bildirib ki, müharibənin nə qədər davam edəcəyini müəyyən etmək çox çətindir. Ancaq Ukraynaya edilən silah yardımları müharibənin daha qısa müddətdə bitməsini təmin edə bilər.

Bizimyol.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə açıqlamasında qeyd edib ki, rus ordusunun niyyəti və bacarığı haqqında bir çox media qurumlarından daha çox məlumata sahibdir. Onun fikrincə, Ukrayna ordusunun bacarığı və tətbiq edilən sanksiyalar müharibənin bitməsi üçün çox önəmlidir. Zelenski, Ukraynaya silah yardımlarının müharibəni daha qısa müddətə bitirəcəyini də bildirib.

Ukrayna prezidenti müharibə başlayandan bu günə qədər 3 minə yaxın həbrçinin həlak olduğunu, 10 min hərbçinin isə müxtəlif dərəcədə yaralandığını bildirib.

Ukrayna lideri bir ay əvvəl verdiyi açıqlamada 1300-ə yaxın hərbçinin həlak olduğunu Rusiyanın isə itkilərinin daha çox olduğunu bildirmişdi. Zelenski müsahibəsində Rusiyanın Ukraynanı nüvə silahları ilə hədəf almasından narahat olduğunu da dilə gətirib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »