Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, adi inflyasiya deyil - bu, putinflyasiyadır"
"Bu, adi inflyasiya deyil - bu, putinflyasiyadır"

Ukraynanın Polşadakı səfiri Andrey Deşitsia Pasxa bayramı ərəfəsində müşahidə olunan qiymət artımını şərh edib.

Bizimyol.info xəbər verir ki, bu barədə diplomat öz sosial şəbəkə səhifəsində yazıb. O, qeyd edib ki, bu prosesdə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə səbəb olan Rusiya günahkardır.

"Pasxa ərəfəsində aktiv şəkildə qiymətlərdən danışmağa başlayıblar. Mən bilirəm ki, bu il inflyasiya həm Polşada, həm də Ukraynada qiymətlərin artmasına səbəb olub. Amma bu, adi inflyasiya deyil - bu, putinflyasiyadır, çünki onun mənbəyi Kremldədir. Bu, bizim və sizin azadlığınız üçün ödədiyimiz qiymətdir. Azadlıq isə pulla ölçülə bilməyən ən yüksək dəyərdir”,- Deşçitsa bildirib.

Xatırladaq ki, Ukrayna və Polşanın milli bankları müharibə dövründə əməkdaşlığı gücləndirmək üçün Anlaşma Memorandumu imzalayıblar. Həmçinin, Ümumdünya Ticarət Təşkilatı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün dünya ticarətinin artımının iki dəfə azalmasına səbəb olacağını proqnozlaşdırır.

Qeyd edək ki, Ukraynanın baş naziri, maliyyə naziri və Ukrayna Milli Bankının rəhbəri gələn həftə ABŞ-a səfər etməyi planlaşdırır. Reuters xəbər verir ki, bu barədə planlarla tanış olan mənbələr məlumat verib. Mənbələrin məlumatına görə, aprelin 21-də hökumət başçısı maliyyə naziri Sergey Marçenko və Milli Bankın sədri Kirill Şevçenko ilə birlikdə G7 və digər ölkələrin maliyyə rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək, həmçinin Ukrayna ilə bağlı təşkil olunan dəyirmi masada iştirak edəcək. Tədbirdə müharibənin iqtisadi nəticələrinin, habelə Ukraynanın bank və maliyyə sektorlarının gələcək fəaliyyətinin müzakirəsi gözlənilir.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »