Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiyaya görə bir binada imtahan verənlərin sayı 200-ə endirildi
Pandemiyaya görə bir binada imtahan verənlərin sayı 200-ə endirildi

"Buraxılış imtahanları ölkədə ən kütləvi imtahanlardır. Onların bir gündə keçirilməsi ictimai asayişin pozulmasına gətirib çıxara bilər".

Bizimyol.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinif buraxılış imtahanları ilə bağlı canlı yayımda sualları cavablandırarkən söyləyib.

"Burada təkcə Dövlət İmtahan Mərkəzinin deyil, digər dövlət qurumlarının da imkanlarını nəzərə almaq lazımdır. O bildirib ki, pandemiya şəraitinin yaratdığı çətinlikləri də nəzərə almaq, vəziyəti buna görə dəyərləndirmək lazımdır.

Vaxtilə bir imtahan binasına 500 nəfər, hətta 1000 nəfər daxil olub. Bu qədər şagirdin yoxlanılıb binaya buraxılması çox vaxt aparırdı. Ona görə də optimal olaraq ən çox həcmli binalar üçün 500 nəfər müəyyən edilmişdi. Pandemiya zamanı isə bu say 200 nəfərə endirildi", - deyə DİM sədri qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »