Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
Poroşenko beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko beynəlxalq ictimaiyyətə müraciət edərək ölkəsini daha çox silahla təmin etməyə və Ukraynaya işğalçı hücuma görə Rusiyaya qarşı sanksiyaları davam etdirməyə çağırıb.

Poroşenko “Əl-Cəzirə”yə deyib: “Sülhə aparan ən qısa yol Ukraynaya silah verməkdir. Beynəlxalq ictimaiyyətdən bizə üç şey lazımdır: silahlar, silahlar və silahlar. Rusiya dayandırılımalıdır. Bunun üçün Ukrayna bütün silahlarla təmin edilməlidir”.

Keçmiş prezident həmçinin beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiyaları davam etdirməyə, onun dünya bazarına çıxan məhsullarına embarqo qoymağa və mülki insanları qorumaq üçün Ukrayna hava məkanını bağlamağa çağırıb.

O əlavə edib ki, Qərb dünyası Rusiyanı dövət başçısı Vladimir Putinə Ukraynaya qarşı müharibəni dayandırmaq üçün daha sərt təzyiq göstərməlı, onu “tamamilə təcrid etməlidir”.

2014-2019-cu illərdə prezident olan 56 yaşlı Poroşenko dövlətə xəyanətdə ittiham olunaraq istintaqa cəlb edilib və ötən ilin dekabrında Ukraynanı tərk edib. O, xələf prezident Vladimir Zelenskinin müttəfiqləri tərəfindən hazırlandığını iddia etdiyi iş üzrə vətənə xəyanətdə təhqiq edilir.

Poroşenko 2014-15-ci illərdə Rusiyanın dəstəklədiyi separatçı döyüşçülərin qeyri-qanuni kömür satışı vasitəsilə maliyyələşdirilməsi ilə bağlı təhqiqat aparılır. Günahı sübuta yetirilərsə, onu 15 ilə qədər həbs gözləyir. Onun partiyası bu ittihama görə prezident Zelenskini müxalifəti susdurmaq cəhdində günahlandırır.

Ölkənin ən varlı adamlarından biri olan Poroşenko bir aylıq səfərdən sonra yanvar ayında Ukraynaya qayıdaraq Rusiyanın mümkün işğalının qarşısını almaqda dövlət strukturlarına kömək edəcəyini vəd edəib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »