Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin batan "Moskva"nın qisasını almaq istəyir: Hədəf Kiyevdir
Putin batan "Moskva"nın qisasını almaq istəyir: Hədəf Kiyevdir

Aprelin 16-da səhər rus işğalçıları Kiyevi atəşə tutdular. Paytaxtın Darnitski rayonu hücuma məruz qalıb. Rayonda partlayış səsləri eşidilib

Bizimyol.info xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko öz Telegram səhifəsində məlumat verib.

Vitali Kliçko Vitali Kliçko

"Dostlar! Səhər saatlarında Kiyev atəşə tutulub. Şəhərin kənarındakı Darnitski rayonunda partlayışlar və gurultu səsləri eşidilib. Hazırda Fövqəladə Hallar Xidmətinin xilasediciləri və həkim briqadaları hadisə yerində işləyir. Qurbanlar barədə hələlik dəqiq məlumat olmaq mümkün olmayıb",- deyə paytaxt meri qeyd edib.

O, bir daha kiyevliləri hava hücumu barədə həyacan siqnallarına qarşı diqqətli yanaşmağı xahiş edib.

Kliçko həmçinin əvvəllər ölkəni tərk etmiş və paytaxta qayıtmağa hazırlaşan kiyevlilərdən hələlik bundan çəkinməyi və təhlükəsiz yerlərdə qalmağı xahiş edib. Mer hələ ki, taytaxtda vəziyyətin təhlükəli olması barədə, hər dəfə olduğu kimi, xəbərdarlıq edib. Şəhərdə mülki əhalinin artması, fövqəladə şəraitdə görüləcək təhlükəsizlik tədbirlərini çətinləşdirəcəyini qeyd edib.

Xatırladaq ki, ekspertlər Kiyevin mərkəzinə raket zərbələrinin artacağını proqnozlaşdırırlar. Ekspertlərin "Putinin işğalçıları bununla da “Moskva” raket kreyserinin məhv edilməsinin qisasını ala bilərlər",- deyə irəli sürdükləri etimallar özünü doğruldub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »