Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənclər Təşkilatı Macarıstanda ətraf mühitlə bağlı tədris sessiyası keçirib
Gənclər Təşkilatı Macarıstanda ətraf mühitlə bağlı tədris sessiyası keçirib

“Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən 7-14 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində “Youth in Climate Litigation” layihəsi çərçivəsində təlim sessiyası keçirilib.

Beynəlxalq Vişeqrad Fondunun birgə maliyyəsi ilə həyata keçirilən “Youth in Climate Litigation” layihəsinin ikinici mərhələsi çərçivəsində təşkil edilən tədris sessiyasında Macarıstan, Çexiya, Polşa, Gürcüstan və Azərbaycandan olan 18 gənc iştirak edib.

Tədris sessiyasının keçirilməsində məqsəd iqlim böhranı ilə bağlı məlumatlılığı artıraraq gəncləri ətraf mühitlə əlaqəli təbliğat-təşviqat işinin təşkili, ekologiya haqqında qanunun yaradılması və onun tətbiqi prosesində fəal iştirak etməyə çağırmaq olub.

İştirakçılar Avropa Gənclər və Ətraf Mühit (YEE) təşkilatını təmsil edən üç ekspertlə görüşmək və onlardan advokasi və qərar qəbuletmə, potensialın artırılması və ətraf mühit hüququ haqqında öyrənmək şansı əldə ediblər. Həmçinin, onlar bu layihənin əsas məhsulu olacaq kitabça üzərində işləyiblər və öz icmalarında həyata keçirəcəkləri fəaliyyətlər və bu sahədə gələcək əməkdaşlıqlar üçün güclü əlaqələr qurublar.

Gənclər Təşkilatı Macarıstanda ətraf mühitlə bağlı tədris sessiyası keçirib

Layihənin üçüncü mərhələsində iştirakçılar öz icmalarında fəaliyyətlər təşkil edəcəklər. Ən əsası isə iştirakçılar öz təşkilatlarından dəstək alaraq layihə ideyalarını reallaşdırmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Visegrad + Fondu tərəfindən maaliyyələşən “Youth in Climate Litigation” layihəsinin əsas məqsədi gənclərin ekoloji savadlılığını artırmaq, onların hüquqlarını müdafiə etməsi və ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin hazırlanmasında iştirakçılığını dəstəkləmək üçün bilik və bacarıqlarını artırmaq və Avropa İttifaqı, Beynəlxalq və Milli səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı mövcud olan konvensiyalardan və qanunvericilikdən irəli gələn öhdəliklərin icrasını dövlətin müvafiq orqanlarından tələb etməkdir.

Layihə Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən Beynəlxalq Vişeqrad Fondunun Vişeqrad Qrantları vasitəsilə birgə maliyyələşdirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »