Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Dünya Putinin nüvə silahından istifadə etmək ehtimalına hazır olmalıdır
Zelenski: Dünya Putinin nüvə silahından istifadə etmək ehtimalına hazır olmalıdır

"Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün ya nüvə, ya da kimyəvi silahdan istifadə edə bilər".

Bizimyol.info xəbər verir ki, bunu Zelenski cümə günü Kiyevdəki prezidentin ofisində "CNN"ə müsahibəsində deyib.

“Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdırlar. Bu real məlumat olmaya bilər, amma həqiqət də ola bilər. Bir məlumat varsa, onun haradasa, real olma etimalı da var”, - deyə Zelenski fikrini vurğulamaq üçün ingilis dilinə keçib. "Kimyəvi silahlardan istifadə etmək, onlar bunu istəyirlər, bunu hansısa mərhələdə edə bilərlər. Rusiya hakimiyyəti üçün miyonlarla xalqın həyatı, heç nədir", - Zelenski deyib.

“Biz düşünməliyik ki, bundan qorxmaq lazım deyil, amma buna hazırlıqlı olmaq laşımdır. Ancaq onu da qeyd etmək istəyirəm ki,  bu, təkcə Ukrayna üçün deyil, bütün dünya üçün təhlükədir”, - deyə o bildirib.

Rusiyanın ən mühüm hərbi gəmilərindən biri bu həftə Qara dənizdə batdı və Ukrayna bunun raket zərbəsi nəticəsində olduğunu, Rusiya isə bunun döyüş sursatı partlaması nəticəsində yaranan yanğın olduğunu iddia etdi. ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi cümə günü deyib ki, iki Ukrayna "Neptun" raketi "Moskva"nı vurub. Amerikalı rəsmi deyib ki, zərbə və ardınca gəminin batması Ukrayna raket zərbəsi nəticəsində baş verib. Bununla belə, Zelenski bu hadisədə Ukraynanın rol oynayıb-oynamadığı barədə konkret fikir bildirməyib.

"Biz bilirik ki, o, artıq yoxdur. O, bizim ölkəmizə qarşı güclü silah idi, ona görə də onun batması bizim üçün faciə deyil. İstəyirəm ki, siz, qalan insanlar bunu dərk edəsiniz. Ölkəmizə hücum edən Rusiya Federasiyasının silahı nə qədər az olsa, bizim üçün bir o qədər yaxşıdır. Vacib olan budur”, - deyə prezident qeyd edib.

Zelenski bildirib ki, Ukrayna rəsmiləri müharibədə 2500-3000 Ukrayna əsgərinin öldüyünü düşünür və bu rəqəmi Rusiyanın 19-20000 itki sayı ilə müqayisə edilir (Rusiya rəsmi olaraq 1351 hərbi itkini etiraf edib). "10 minə yaxın ukraynalı hərbçi yaralanıb və onların nə qədərinin sağ qalacağını söyləmək çətindir. Mülki itkiləri hesablamaq daha çətindir", - deyə qeyd edib.

“Ölkəmizin cənubunda yerləşən şəhər Xerson, Berdyansk, Mariupol daha şərqdə və Volnovaxanın şərqində yerləşən ərazidə mahasirədə olan mülki insanlar haqqında məlumat vermək çox çətindir. Mühasirəyə alınan o ərazidə nə qədər insan həlak olması barədə dəqim məlumatımız yoxdur”, - deyə Zelenski bildirib.

Bu həftə ölkəsindəki ölüm və dağıntıları, o cümlədən oğlunun cəsədini quyuda tapan ukraynalı qadını əks etdirən dəhşətli videolar barədə suala Zelenski: “Mənim üçün böyük ağrıdır. Mən bir ata kimi baxa bilmirəm, ona görə ki, bundan sonra sənin tək istədiyin qisas almaq və öldürməkdir olur. Mən bir çox insanın öldüyü və yaxınlarını itirdiyi, yaşamaq istəyən milyonlarla insanın olduğu dövlətin prezidenti kimi izləməliyəm. Hamımız döyüşmək istəyirik. Amma biz hamımız bu müharibənin sonsuz olmaması üçün əlimizdən gələni etməliyik. Nə qədər uzun olsa, bir o qədər çox itirəcəyik. Bütün bu itkilər də elə o cür olacaq", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »