Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
250 min avro qazanan gənc qaçqın düşərgəsində yaşayır
250 min avro qazanan gənc qaçqın düşərgəsində yaşayır

Əlcəzairli Belçikada 5 avroluq uduşlu danışıq kartı ilə 250.000 avro qazanıb, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün uduşları tələb edə bilmir.

Bizimyol.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mətbuatın yazdığına görə, 28 yaşlı lotereya qalibinin nə şəxsiyyətini təsdiq edən sənədləri, nə də daimi yaşayış yeri var. Sənədləri olmadan o, belə böyük məbləği almaq üçün tələb olunan bank hesabını aça bilməz. Bank hesabı olmadığına görə də,  pulun ona verilməsi müşkülə çevrilib.

Əlcazairli gəncin dostu onun üçün mükafatı tələb etməyə çalışsa da, buna nail ola bilməyib. Polis onu uduşlu lotereya-kartını oğurlamaqda şübhəli bilərək bir neçə saat saxlayıb.

Yerli hakimiyyət əlcəzairli qaçqını pul mükafatı alana qədər deportasiya etməyəcəyinə söz verib. Lakin ona tezliklə sənədlərini qaydaya salmaq tövsiyə edilib.

Şəxsiyyəti açıqlanmayan şəxs 4 ay əvvəl İspaniyaya qayıqla getmək üçün Əlcəzairi tərk edib. Oradan Belçikaya piyada getdi. Hələ bəxti gətirmiş hesab olunan gənc qazandığı pulu əldə edəcəyi təqdirdə ev almağı planlaşdırır. Əlində 250.000 avroliq uduş kartı olan Əlcəzair vətəndaşı Belçikada qaçqınlara edilən hümanitar yardımla dolanır, onlar üçün ayrılmış düşərgədə qalır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »