Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibindən müharibənin sonu ilə bağlı proqnoz
ABŞ dövlət katibindən müharibənin sonu ilə bağlı proqnoz

Dövlət katibi Antoni Blinken avropalı müttəfiqlərinə deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ilə müharibəsinin 2022-ci ilin sonuna qədər davam edə biləcəyini etimal edir.

Bizimyol.info xəbər verirb ki, bunu iki avropalı məmur "CNN"ə bildirib.

Onlar deyiblər ki, ABŞ və Avropa rəsmiləri qısamüddətli sonun görünmədiyini barədə proqnozlara daha çox inanırlar.

Entoni Blinken Entoni Blinken

Mətbuata açıqlama verən bir çox siyasətçilər müharibənin nə qədər davam edəcəyini dəqiq proqnozlaşdırmağın çətin olduğunu vurğulayır. Siyasi analitiklər Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinin son hədəflərdə dəyişdiyinə dair heç bir əlamət olmadığını söyləyirlər. Ekspertlər hərbi məğlubiyyətlə üzləşməyincə, onun diplomatik danışıqlar aparacağı ehtimalının az olduğunu düşünürlər.

Bunun uzunmüddətli münaqişə ola biləcəyi düşüncəsi müharibənin ilk günlərindən nəzərəçarpacaq dəyişikliyi ifadə edir. Rusiya Ukraynanın paytaxtı Kiyevi tez bir zamanda alacağını gözləyən zaman Moskva döyüş meydanındakı ard-arda uğursuzluqla qarşılaşdı. Amma Putin uğursuzluqları yeni hücumlarla gizlətməyə çalışdı. Cəbhə boyu yeni planları həyata keçirilir, yerdəyişmələr, möhkəmlənmələr və daha çox havadan hücuu davam etdirir. Bu da Kremilin tezliklə dayanmaq fikrindən uzaq olduğuna işarədir.

Müharibə nə qədər uzun sürərsə, Ukrayna xalqının humanitar itkiləri bir o qədər amansız olacaq. Rəsmilər Ukraynaya yüksək səviyyədə dəstək vermək üçün beynəlxalq qətiyyətin davam edəcəyini vurğulasa da, onlar etiraf etdilər ki, silahlarla bağlı çox real praktiki çətinliklər ola bilər ki, bu da müharibənin davam etdiyi müddətdə həll edilməlidir.

Milli təhlükəsizlik müşaviri Jake Sullivan cümə axşamı bildirib ki, Ukraynadakı döyüşlər çox güman ki, "uzadılacaq", bəlkə "aylarla və ya daha çox" davam edəcək.

Konqresin bəzi üzvləri və onların köməkçiləri bu münaqişəni artıq üç il davam edən Koreya müharibəsi ilə müqayisə edirlər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »