Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Baydeni Rusiyanı terrorizmin himayədarı kimi tanımağa çağırıb
Zelenski Baydeni Rusiyanı terrorizmin himayədarı kimi tanımağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenə Rusiyanı terrorizmin himayədarı kimi tanıması ilə bağlı müraciət edib.

"Report" bu barədə “The Washington Post”a istinadən xəbər verir.

ABŞ Prezidenti bundan əvvəl ukraynalı həmkarına Moskvaya daha çox təzyiq göstərmək üçün bir sıra müxtəlif təklifləri araşdırmağa hazır olduğunu bildirib.

Qəzetin qeyd etdiyi kimi, hətta soyuq müharibə dövründə də Moskvanın 1970-1980-ci illərdə terrorçu hesab edilən qrupları dəstəkləməsinə baxmayaraq, Vaşinqton Sovet İttifaqını bu cür tanımaqdan çəkinirdi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »