"Rusiya Federasiyasının Ukraynaya və onun vətəndaşlarına qarşı törətdiyi hər yeni cinayətin əsas məqsədinin ukraynalıların “denazifikasiyası”dır. Millətin məhv edilməsinin tərkib hissələrindən biri isə on minlərlə uşağın qaçırılmasıdır. Hətta valideynləri və qanuni qəyyumları olan ukraynalı uşaqlar da Rusiyada zorla ruslaşdırılacaq və “övladlığa” veriləcək".
Dünyaya Rusiya ordusunun Ukraynadakı vəhşiliklərini ukraynalıların soyqırımı adlandırmağa başlaması üçün bir aydan çox vaxt lazım idi. Məsələn, ABŞ prezidenti Cozef Bayden bu yaxınlarda ilk dəfə bildirib ki, amerikalıların büdcəsi başqa ölkədə “diktatorun müharibə elan edib-etməməsindən və ya soyqırım törətməsindən” asılı olmamalıdır. Bundan sonra ABŞ dövlət katibinin müavini Viktoriya Nuland qeyd edib ki, ABŞ çox güman ki, Ukraynadakı işğalçıların hərəkətlərini soyqırım kimi müəyyən edəcək: “Baş verənlər təsadüfi deyil. Bu, Rusiyanın Ukraynanı və onun mülki əhalisini təkbaşına məhv etmək üçün düşünülmüş qərarıdır”.
Kanadanın baş naziri Castin Trüdo da Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım adlandırmağı düzgün hesab edir: “Soyqırımın müəyyənləşdirilməsi ilə bağlı rəsmi proseslər var, lakin mən hesab edirəm ki, Rusiyanın etdikləri ilə bağlı daha çox insanın soyqırım sözünü işlətməsi tamamilə düzgündür".
Bu kimi bəyanatlara isə Buçada Rusiya qoşunlaırnın mülki şəxsləri - ukraynalıları qəsdən atəşə tutması, amansız zorlamalar, işgəncələr, edamlar, oğurluqlar oldu. Rusiya tərəfindən işğal olunmuş Ukraynanın digər şəhər, kənd və qəsəbələri azad edildikdən sonra dünyanın daha nələr görəcəyini təsəvvür etmək dəhşətlidir.
Dünya siyasətçiləri arasında Kremlin ukraynalılara münasibətdə elan etdiyi “denazifikasiya”nın real məqsədlərini açıq-aşkar görməyənlər də var. Məsələn, Fransa prezidenti Emmanuel Makron “soyqırım” termini ilə bağlı sualı cavablandırarkən deyib: “Mən bu gün belə terminlərlə ehtiyatlı davranacağam, çünki bu iki xalq qardaşdırlar”.
Ukrayna Xarici İşlər Nazirliyi isə artıq Fransa prezidentinə izah edib ki, “qardaş xalqlar” mifi Rusiya təbliğatçılarının uydurduğu cəfəngiyyatdır. Bu mif 2014-cü ildə, “qardaşlar” Ukraynanı işğal edəndə, Krımı ilhaq edəndə, Donbası işğal edəndə və səkkiz il ərzində 14 min ukraynalını öldürəndə yoxa çıxıb. İndi - Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə hər gün "qardaş" insanlar ukraynalı uşaqları və qocaları öldürür, qadınları zorlayır, Ukraynanın dinc əhalisinin evlərini dağıdıb qarət edirlər.
Rusiya, Ukraynadakı “xüsusi hərbi əməliyyat”ın məqsədlərindən birini Ukraynanın “denazifikasiyası” adlandırırlar. Rusiya hərbçilərinin bu məqsədə çatmaq üçün gördüyü hərəkətlər isə bunu göstərir: söhbət ukraynalıların bir millət kimi məhv edilməsindən gedir.
Ukrayna Ombudsmanı Lyudmila Denisova qeyd edir ki, Rusiya hərbçiləri Ukrayna vətəndaşlarının evlərini raket və tanklardan atəşə tutaraq, Ukraynanın şərqində və cənubunda işğal olunmuş ərazilərində valideynləri öldürür və ukraynalı uşaqları qaçırır. Denisovanın sözlərinə görə, təcavüzkar ölkənin informasiya mənbələrindən Rusiyanın 35 regionunda 150 minə yaxın ukraynalı uşağın olduğu məlumdur. Eyni zamanda işğalçılar Ukraynadan çıxarılan uşaqların yetim olduğunu iddia edirlər. Bu isə yalandır.
Tərcümə: İlahin, Bizimyol.info