Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5 milyona yaxın ukraynalı yardım üçün müraciət edib
5 milyona yaxın ukraynalı yardım üçün müraciət edib

Rusiya-Ukrayna müharibəsi 10 milyondan çox ukraynalını evlərini tərk etməyə məcbur edib. Onlardan bəziləri xarici ölkələrə gedib. Bəziləri isə, nisbətən təhlükəsiz bölgələrə sığınıb. Belə bir vəziyyətdə dövlətin qarşısında duran əsas vəzifə, məcburi köçkünləri onların yaşaması üçün lazım olan hər şeylə təmin etmək idi.

İlk operativ dəstək “Action” tətbiqi vasitəsilə 6500 qrivna (377 manat 70 qəpik) məbləğində birdəfəlik yardımın ödənilməsi olub. Ancaq bu, miqrantlara deyil, hərbi əməliyyatların aparıldığı bölgələrdən olan işçilərə və fərdi sahibkarlara şamil edilib. Bu yardım, mart ayının sonuna qədər davam edib. Ukraynanın Baş naziri Denis Şmiqalın sözlərinə görə, 5 milyona yaxın ukraynalı e-Support proqramı çərçivəsində 6500 qrivna üçün müraciət edib və aprelin 1-nə olan məlumata görə, demək olar ki, 3,5 milyonu vəsait alıb.

Dövlətin növbəti addımı məcburi köçkünlərə yardımların tətbiq edilməsi ilə bağlı olub. Aprelin əvvəlində məcburi köçkünlərə aylıq yardım üzrə Dövlət Proqramının icrasına başlanılıb.

"Hökumət hər bir köçkünə aylıq minimum 2000 qrivna (116 manat) müavinət ödəyəcək. Sadəcə olaraq, bank kartı ilə "Aksiya" vasitəsilə, əlavə sənədlər olmadan aktiv hərbi əməliyyatların aparıldığı bölgələrdən köçənlərin hamısına bu şamil ediləcək", deyə baş nazir bildirib. Onun sözlərinə görə, təhlükəsiz yerlərə köçməyə məcbur olan hər uşağa da 3 min qrivna (174 manat) ödəniləcək. Eyni məbləğ əlillər üçün də nəzərdə tutulub.

Nazir Marina Lazebnanın sözlərinə görə, hazırda nazirlik aktiv hərbi əməliyyatlar nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 2 milyona yaxın insanın mənzil yardımı üçün müraciət edəcəyini gözləyir: "Buna görə də ayda təxminən 5 milyard qrivna lazımdır. Lakin hadisələrin sonrakı inkişafından asılı olaraq bu rəqəmlər əhəmiyyətli dərəcədə dəyişə bilər".

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »