Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Twitter" uğrunda Elon Muskla Səudiyyə şahzadəsi Talal üz-üzə gəlib
"Twitter" uğrunda Elon Muskla Səudiyyə şahzadəsi Talal üz-üzə gəlib

Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Talal milyarder sahibkarın sosial media şirkətini satın almaq təklifinə qarşı çıxdıqdan sonra Elon Musk Səudiyyə Ərəbistanının "Twitter Inc"dəki rolunu şübhə altına alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Bildirilir ki, şahzadə cümə axşamı öz təsdiqlənmiş hesabından yazı paylaşaraq bildirib ki, Maskın şirkətin 43 milyard dollarlıq nağd pulla satın alınması təklifi "Twitter"in “daxili dəyərinə” yaxın deyil.

"Twitter"in ən böyük və uzunmüddətli səhmdarlarından biri olan "@Kingdom_KHC" və mən bu təklifi rədd edirik", - deyə şahzadə, sahibi olduğu Səudiyyə Ərəbistanında yerləşən "Kingdom Holdinq" şirkətinə istinad edib.

Şahzadə 2015-ci ildəki tvitini də paylaşıb və orada şirkətinin "Twitter"dəki payının 5,2 faizə yüksəldiyini yazıb.

“Twitter”in 9,2 faizinə sahib olan Mask bu tvitə cavab verib və “Twitter”in birbaşa və dolayı yolla nə qədərinin Səudiyyə Ərəbistanına məxsus olduğunu soruşub.

“Krallığın jurnalistin söz azadlığına baxışı necədir?”, - deyə Musk əlavə edib.

Texnoloji milyarder, "Twitter"in böyüməsinə kömək etmək və onu azad söz platformasına çevirmək üçün şirkəti özəl təşkilat etmək istədiyini söyləyib.

Qeyd edək ki, "Twitter Inc" tənzimləyici bildirib ki, hazırda şirkətin səhmlərinin doqquz faizindən bir qədər çoxuna sahib olan və onun ən böyük səhmdarı olan Musk çərşənbə günü "Twitter"ə səhmlərin qalan 91 faizini də almaq təklifini özündə əks etdirən məktub təqdim edib. O, "Twitter"in hər bir səhminə 54,2 dollar təklif edərək, qiyməti özünün ən yaxşı və son təklifi adlandırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »