Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya BVF-dən yardım istəyir, amma qurum Ukraynaya yardım edəcək
Rusiya BVF-dən yardım istəyir, amma qurum Ukraynaya  yardım edəcək

“Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın müharibədən sonra yenidən qurulmasında iştirak etməyə hazırdır. Fond artıq müvafiq tədbirlər üçün hazırlıqlara başlayıb”.

Bizimyol.info xəbər verir ki, bu barədə BVF - nin icraçı direktoru Kristalina Georgiyeva bildirib. O, görülən tədbirləri də xatırladıb: “Ukrayna üçün 1,4 milyard dollar fövqəladə maliyyələşdirmə təsdiq edilib. Vəsait təcili xərc ehtiyaclarını ödəmək üçün ayrılıb.

“Ukraynanın gələcək maliyyələşdirilməsi üçün təhlükəsiz yol” yaradan xüsusi hesab açılıb”. Kristalina Georgiyeva açıqlaması zamanı bildirib ki, müharibə artıq bir çox ölkələri şikəst edib və etməkdə də davam edir.

“Biz sülhə ümid etdiyimiz üçün Ukraynaya və bütün zərərçəkmiş ölkələrə kömək etmək üçün əlimizdən gələni etməliyik", - deyə Georgiyeva bildirib. Qeyd edək ki, Kristalina Georgiyeva açıqlamasında digər qurbanlar dedikdə ilk növbədə, ərzaq böhranı astanasında olan dövlətləri, eləcə də qaçqınları qəbul edən ölkələri nəzərdə tutub.

Xatırladaq ki, Ukrayna dünyanın ən böyük tədarükçülərindən biridi və müharibə səbəbindən Ukraynadan taxıl ixracı əngəllənir.  Ukrayna saytlarının verdiyi məlumata görə, daha əvvəl Ukraynanın baş naziri Denis Şmıqal da ölkənin bərpası üçün pulun haradan gələcəyini açıqlamışdı . Onun sözlərinə görə, artıq bu məqsədlər üçün beynəlxalq maliyyənin cəlb edilməsi istiqamətində işlər aparılır.

Bundan əlavə olaraq qeyd etmişdi ki, Ukrayna həm də xarici tərəfdaşlar və şirkətlərlə Rusiya əmlakının Ukraynanın xeyrinə müsadirə edilməsi ilə bağlı danışıqlar aparır.  “İndiyə qədər Rusiya Federasiyasının aktivlərinin əksəriyyəti sadəcə olaraq, dondurulub. Ukrayna BVF-dən dəstək alır, Rusiya isə yardım almaq üçün kömək istəyir. Belə ki, Rusiyanın maliyyə naziri Anton Siluanov rəsmi məktubla Braziliyanın iqtisadiyyat naziri Paulo Guedes vasitəsilə Beynəlxalq Valyuta Fondundan (BVF) dəstək istəyib. Sənəddə rusiyalı siyasətçi etiraf edib ki, “Rusiya çətin iqtisadi və maliyyə sarsıntıları dövrünü yaşayır””,-deyə bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »