Britaniya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində bu gün daha 2 rusiyalı oliqarxa qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada daha əvvəl Böyük Britaniya və Avropa İttifaqının (Aİ) sanksiyalar siyahısına əlavə etdiyi rusiyalı oliqarx Roman Abromoviçin yaxın biznes tərəfdaşları Yevgeni Tenenbaum və David Davidoviçin aktivlərinin olduğu bildirilib.
Açıqlamada bildirilir ki, indiyə qədər görülən tədbirlərlə birlikdə yeni tədbirlər də Putinin döyüş maşını üçün əhəmiyyətli olan gəlir mənbələrini azaldıb. Bundan əlavə qeyd olunur ki, fevral ayından bəri sanksiyaya məruz qalan oliqarxların və onların qohumlarının ümumi sayını 106-ya çatdırıb.
Xarici İşlər Nazirliyi bu addımın Britaniya tarixində ən böyük aktivlərin dondurulması olduğunu bildirərək, bu aktivlərin Rusiya və “Putinin döyüş maşını”nı maliyyələşdirmək üçün istifadəsinin qarşısı alındığını qeyd edib.
Nazirlik bəyan edib ki, Tenenbaum Abramoviçin ən yaxın biznes tərəfdaşlarından biridir və Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsindən az sonra Abramoviçə bağlı “Ervington Investments Limited” investisiya firmasına nəzarəti ələ keçirib.
Nazirlik bəyan edib ki, aktivləri dondurulan Chelsea Futbol Klubunun direktoru Tenenbaum və 2022-ci ilin martında Tenenbaumdan “Ervington Investments”i təhvil aldığı bilinən David Davidoviç aktivlərinin dondurulması və səyahət qadağasına məruz qalır.
Dövlət Departamenti bəyan edib ki, hökumətin son sanksiyaları Abramoviçlə əlaqədə şübhəli bilinən aktivlərin rəsmi dondurulması üçün görülən tədbirlərlə əlaqələndirilib. Belə ki, Xarici işlər naziri Liz Truss açıqlaması zamanı bildirib ki, onlar Putinin döyüş maşınına təzyiqi artırır və Kremlə ən yaxın olanları hədəfə alırlar.
“Putin Ukraynada uduzana qədər biz sanksiyaları davam etdirəcəyik”. Onu da qeyd edək ki, Britaniya və Fransa arasında olan Kanal adalarının ən böyüyü olan Cersi Kral Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Böyük Britaniya və Aİ tərəfindən Rusiyaya qarşı sanksiyalar siyahısına əlavə edilən rusiyalı milyarder Abromoviçin 7 milyard dollardan çox aktivini dondurub.
Cersi Hüquq Məmurları Departamentinin bəyanatında deyilir ki, Cersi Crown Məhkəməsi Abramoviçin açıq şəkildə qiymətləndirilən sərvətinin yarısına bərabər olan 7 milyard dollardan çox aktivləri dondurulub və polis milyarderlə əlaqədə şübhəli bilinən əmlaklarda axtarış aparılıb.
Digər tərəfdən, İngiltərə hökumətinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində indiyə qədər dondurulan aktivlərin dəyərinin təxminən 275 milyard lirəyə çatdığı bildirilir.
Leyla, Bizimyol.info