Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Rusiyadan kömürün alınmasına embarqo qoyub
Polşa Rusiyadan kömürün alınmasına embarqo qoyub

Polşa prezidenti imzaladığı Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən qurum və şəxslərin aktivlərinin dondurulması imkanını nəzərdə tutan xüsusi qərarlarla Polşanın Rusiyadan kömürün alınmasına da embarqo qoyub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

"Rusiya ilə iqtisadi müharibə davam edir. Polşa Rusiya kömürünə embarqo qoyub. Həmçinin, Polşa prezidentinin imzaladığı xüsusi qərarlar haqqında aktda Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən qurum və şəxslərin aktivlərinin dondurulması imkanları nəzərdə tutulub," - deyə bildirib.

Yermak vurğulayıb ki, Polşa və Baltikyanı ölkələr Rusiya ilə iqtisadi cəbhədə üzləşmək üçün lazımi qərarların qəbul edilməsi dinamikliyində digər Avropa İttifaqı ölkələri üçün lokomotiv və nümunədir.

"Baltikyanı ölkələrin Rusiya qazını almaqdan imtina etməsi və Polşanın neft və qaz alışını aydın müddətlərlə ləğv edəcəyini elan etməsi Ukraynanın Qərbdən gözlədiyi qərarlardır", - deyə Prezident Aparatının rəhbəri vurğulayıb.

O əlavə edib ki, bu vəziyyətdə ən vacib şey sürətdir: "Hər kəs mümkün qədər tez hərəkət etməlidir. Çünki qərarların qəbuluna sərf olunan hər gün üçün ukraynalılar çox yüksək qiymət ödəyirlər - vətəndaşlarımızın həyatı ilə. Biz nə qədər iqtisadi çətinliklə üzləşsək də, vəziyyətdən çıxmaq üçün həmişə üçüncü yol tapmaq mümkündür. Amma orada həyatlarını itirən insanlar üçün bunu demək mümkün deil. Ona görə də, qərarlarımızı nə qədər tez qəbul etsək, daha çox insanın həyatını xisas etmiş olarıq", - deyə Yermak bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »