Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dörd saniyəlik rekordumuza kölgə düşdü
Dörd saniyəlik rekordumuza kölgə düşdü
Yalandı, yalandı, yalandı dünya

Fəryadım göylərə calandı dünya

                                         Epitet əvəzi:

Bir vaxtlar hər gün bir neçə dəfə Nisə Qasımovanın ifasında eşitdiyimiz bu mahnını-fəryadın sözlərinin kimə aid olduğunu bilmirəm amma günümüzlə yaman həmahəngdir.

Məsələ ondadır ki, onbeş gün öncə belə bir xəbər yayıldı ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (Bundan sonra MİDA kimi yazacağıq inciməyin) növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzili dörd saniyədə satıb. İnanmayanlar, şəkk edənlər, olmaz deyən ürəyi qara insanlar əlbətki oldu. Hətta bəziləri xəbərin altına gülüş “smalik”ləri qoydular. Guyaki inanmıram əvəzinə. Amma mən inandım. Mən bilirdim ki, bu qədər də olmasa, buna yaxın rəqəmləri, ən azı yarısını yaxalaya bilərik. Məsumanə xəyallara dalıb düşünürdüm ki, burdan da bir “Ginnesin Rekordlar”nı qapazlasaq ən azından düşmən bağrı çatladarıq. Həm də, babat mövzudur bir-iki il fırladarıq. Yadınızdadırmı, Pekin olimpiadasındakı uğurumuzu neçə il “raskurutka” eləmişdik. O həvəslə gözləyirdim ki, ha bu gün, ha sah bu barədə sevindirici xəbər alacağıq.

Amma deyir; “sən saydığını say, gör fələk nə sayır”. Elə bir neçə saat bundan qabaq Dövlət Təhlükəsizlik Xidməti hər şeyi alt-üst elədi. Azərbaycan vətəndaşları Məmmədov Elçin, Hacıyev Ruslan, Hüseynov Firudin, Lətifzadə Yunis, Abdullayev Tərlan və Məmmədov Cavid digərləri ilə əlbir olub MİDA-nın halal aşına haram su qatıblar. MİDA-da bundan şübhələnib, dərdini DTX-ya bildirib. Onlar da həmin şəxsləri cələkləyib atıblar içəri.

Sonra da DTX və MİDA 30.03.2022-ci il (qəşəng zerkalni tarix imiş) tarixində güzəştli mənzil satışı yerinə yetirilərkən prosesə kənar müdaxilə edildiyini barədə birgə məlumat yayıblar. Bəlkə uşaqlar kompüterdə oynayanda əlləri dəyib, ya dəyməyib, böyük iş olmayıb ki, bunu bu bayda böyüdürsüz.

Nə isə, sözüm heç onda da deyil. Əsas olan odur ki, dörd saniyəyə 442 mənzil satmaqda dünya birincisi titulumuza ləkə düşdü. İndi kimi inandırmaq olar ki, dörd saniyədə 442 olmasa da, ən azı 221 mənzil sata bilərik. İnsanlar çiy süd əmib, inanmayacaqlar.

Əlhəmdürüllah müsəlmanıq, yalan danışmaq bizə yaraşmaz, amma beş barmağın – beşi də bir deyil ki? Elə belə hərdən danışanlar olur. Onlara da yerini göstəririk. Yalandı, yalandı, yalandı dünya deyib, onların fəryadını göylərə calaq edirik. Bizə yalanla aldatmaqmı olar?

Heç görmüsüz ki, Azərbaycanda küysək vəzifə sahibləri, nazirlər, komitə sədrləri, deputatlar, idarə-müəssisə rəhbərləri və hətta polis belə yalan danışsın? Yox, görməzsiniz sovet ittifaqında narkonanıya olmadığı kimi, bizdə də yalan söhbəti yoxdur. İndi arada olur, məsən ki, deyirlər pensiyalar 20% qalxacaq, amma sonra penisionerlər bankomatdan həqiqəti öyrənirlər. ki, sən demə bu 2% imiş. Orda dir dil sürüşməsi olub. Belə şeylər də xırda-mırda şeydir. Fikir verməyə dəyməz.

Amma deyirəm heyf, alınmadı. Təsəvvür edirsiz MİDA rəhbərinə “Ginnesin Rekordlar” kitabına düşməsi barədə sertifikat verilərdi. Vağzalı çalınardı, sertifikat saraya daxil olardı, şairlər bu böyük uğura şeir, meyxanaçılar meyxana qoşardılar, milli rəqs ansamblı “cancana”ya oynayardı, akrobatlar və kəndirbazlar oyun çıxarardılar, politoloqlar bunun beynəlxalq aləmdə qazandığımız uğurun əhəmiyyətli bir parçası olduğu barədə siyasi diskusiyalar təşkil edərdilər. Nə əcəb olardı...

“Neyləyək alınmadı”.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »