Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən Putinə xəbərdarlıq: "Sülh danışıqları qapanır.., şansınız olmayacaq"
Zelenskidən Putinə xəbərdarlıq: "Sülh danışıqları qapanır.., şansınız olmayacaq"

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın BBC telekanalına müsahibəsində bəzi Avropa ölkələrini Rusiya neftini almağa davam etdiklərinə görə sərt şəkildə tənqid edib.

Bizimyol.info xəbər verir ki, Rusiyaya qarşı bəzi sanksiyaları dəstəkləyən, lakin indiyədək neft satışı ilə bağlı daha sərt tədbirlər tələbinə müqavimət göstərən Almaniya və Macarıstanı tənqid edən Zelenski Almaniyanı Rusiyanın bu il 250 milyard funt sterlinq qazanacaq enerji satışlarına embarqo qoymaq səylərinə mane olmaqda günahlandırıb.

“Qan pulları ödənilir”

“Bəzi tərəfdaşlarımız başa düşürlər ki, indi fərqli zamandır və bu, artıq biznes və ya pul məsələsi deyil. Bu, yaşamaq məsələsidir”,- deyə Zelenski bildirib.

Ukraynanın Rusiyanın hücumunu dəf edəcək qədər tez təchizat ala bilmədiyini deyən Zelenski daha çox silah tədarük edilməsi çağırışını təkrarlayıb: “ABŞ , Böyük Britaniya və bəzi Avropa ölkələri kömək etməyə çalışırlar, lakin bizim bunun daha tez və daha sürətlə edilməsinə ehtiyacımız var ".

Rusiyanın hücumları nəticəsində on minlərlə insanın həlak ola biləcəyini düşündüyünü seyən Zelenski “Onların çoxunun yoxa çıxdığı, on minlərlə insanın öldüyü barədə məlumatımız var. Oların sənədlərinin dəyişdirildiyini bilirik. Onlara Rusiya pasportu verib Rusiyaya, bəzilərini düşərgələrə, bəzilərini isə başqa şəhərlərə aparırdılar. Bu insanların başına nə gəldiyini heç kim bilmir. Heç kim nə qədər insanın öldürüldüyünü bilmir”,- deyə bildirib.

Zelenski açıqlamasına onu da əlavə edib ki, Rusiya hərbçilərinin Mariupol və Buça şəhərlərində mülki şəxslərə hücumundan sonra Rusiya ilə sülh danışıqlarının mümkünlüyü daha da azalıb.

“Sülh danışıqları qapanma mərhələsindədir. Onların bir daha bizimlə danışmaq şansı olmayacaq”.

Rusiya prezidenti Vladimir Putini və Rusiya ordusunu “müharibə cinayətkarları” kimi xarakterizə edən Zelenski Rusiyanın hücuma başlaması ilə bağlı söyləyib ki, onlar daha əvvəldən bu qədər genişmiqyaslı bir işğal gözləməyiblər.

Ukrayna Silahlı Qüvvələri üçün ölkənin şərqinin hazırda ən çətin vəziyyətdə olan bölgə olduğunu, lakin ən güclü birləşmələrin cəmləşdiyi yer olduğunu bildirən Zelenski “onlar bizi məhv edə bilər, amma biz cavab verəcəyik. Öldürə bilərlər, amma özləri də öləcəklər”,- deyə açıqlamasına əlavə edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »