Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO gəmiləri Baltik dənizinə daxil olub
NATO gəmiləri Baltik dənizinə daxil olub

NATO-nun Daimi Dəniz Qrupu 1 (SNMG1) gəmiləri Baltik dənizinə daxil olub və qonşu müttəfiq ölkələrlə təlimlərdə iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, Estoniyanın "ERR" portalının məlumatına görə, bu qrup beş gəmidən ibarətdir və ona Hollandiya Kral Donanmasının “De Zeven Provincien” freqatı rəhbərlik edir.

Cümə axşamı "SNMG1" qrupunun gəmilərinin bir hissəsi Baltik dənizinə daxil olub. Qalan gəmilər cümə günü Tallin limanının terminalına çatacaq. Əsas vəzifə Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu nümayiş etdirmək və Estoniya donanması ilə birgə təlimlər keçirməkdir.

Şimali Atlantika hərbi ittifaqı müqavilə öhdəliklərinə uyğun olaraq müdafiə qabiliyyətini qorumaq üçün müntəzəm olaraq Baltik dənizində dəniz qüvvələrini yerləşdirir.

Artıq limanda olan üç gəmi Norveçin beynəlxalq şimal sularından gəlib. Orada onlar “Soyuq reaksiya” adlı təlimdə iştirak ediblər. NATO gəmiləri ən azı daha bir həftə terminalda qalacaq və gələn həftə onları alyansın başqa dəniz qüvvələri qrupu əvəz edəcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »