Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Moskva”nın batması cənubda Ukrayna ordusunun əl-qolunu açacaq
“Moskva”nın batması cənubda Ukrayna ordusunun əl-qolunu açacaq

"Rusiya Qara dəniz donanmasının artıq dənizin dibinə getmiş flaqmanı - “Moskva” kreyseri bütün Xerson bölgəsində işğalçı qoşunlar qrupunu hava hücumundan müdafi ilə təmin edirdi".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O qeyd edib ki, gəmi həmçinin Odessa və Xerson bölgələrində hava hücumundan qorunmaq üçün ən yaxşı mühafizəni təmin edirdi.

Aleksey Arestoviç Aleksey Arestoviç

"Kreyser desant qoşunları üçün hava hücumundan müdafiəni də təmin edirdi. Göyərtəsində çoxlu sayda dəniz əsaslı "S-300" sistemi var idi ki, bununla da kreyser çox yaxşı mühafizə təminatçısı kimi xidməti göstərirdi",- deyə o, Rusiya hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində qeyd edib.

"Bundan əlavə, bu, Rusiya Federasiyasının Qara Dəniz Donanmasının flaqmanı olduğundan, donanmanın qərargahı və komandanlığı gəmidə yerləşirdi. İndi ən çox sual da məhz orada olan zabitlərin taleyi barədə verilir. Çünki rəsmi məlumatlara görə, 500-dən çox heyətdən təxminən 14-15 nəfər xilas edilib",- deyə o bildirib.

"Ukrayna üçün Rusiya tərəfinin kreyserini itirməsi çox yaxşı əlamətdir - bu, Ukrayna aviasiyasının cənub istiqamətində fəaliyyət mövqeyini yüngülləşdirəcək.

"Moskva"nın olmaması səbəbindən yaranan boşluq hələ diqqətlə araşdırılmalı və regonunun əlavə müdafiə sistemi barədə olan məlumatlar dəyərləndirilməlidir. Lakin artıq deyə bilərik ki, o kreyser Xerson qrupunu öz "çətiri" ilə örtə bilməyəcək",- deyə Aretoviç qeyd edib.

Xatırladaq ki, Ukrayna ordusunun çərşənbə günü, aprelin 13-də hücuma etdiyi və "Neptun" raketləri iıə vurduğu “Moskva” kreyseri Rusiya Federasiyasının Ukrayna ilə müharibədə ən bahalı hərbi itkisi olub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »