Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqondan xəbərdarlıq: Rusiya Kiyevə raket zərbələri endirə bilər
Pentaqondan xəbərdarlıq: Rusiya Kiyevə raket zərbələri endirə bilər

Pentaqonun məlumatına görə, Kiyev və Ukraynanın digər şəhərləri Rusiyadan raket hücumları ilə təhdid edilir.

Bizimyol.info “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Co Kirbi brifinq zamanı bildirib.

“Bəli, təbii ki, Rusiyanın Kiyevə zərbə endirmək imkanı var”, - Kirbi Kremlin raketlərini “qərar mərkəzləri”nə tuşlamaq niyyəti ilə bağlı bəyanatlarına münasibət bildirilməsi sorğusuna cavab olaraq bildirib.

Pentaqonun sözçüsü vurğulayıb ki, Rusiya öz qoşunlarını Ukraynanın paytaxtından, Çerniqovdan, Ukraynanın şimal hissəsindən çıxarmağa başlayanda belə, ABŞ Kiyevin təhlükədən, xüsusən də hava hücumu həhlükəsindən xilas olduğuna inanmırdı.

"Biz bu barədə dəfələrlə danışmışıq, məlumatlarımızı çatdırmışıq. Hətta Rusiya qoşunlarının çıxarılmasının və yerdəyişməsinin ilkin mərhələlərində də biz bunun ola biləcəyini gözləyirdik", - ABŞ müdafiə rəsmisi xatırladıb.

O qeyd edib ki, Rusiya hələ də qanadlı və ballistik raketlər kimi uzaqmənzilli zərbə imkanlarına malikdir. Eyni zamanda, o xüsusi olaraq vurğulayıb ki, təhlükədə olan təkcə Kiyev deyil, Ukraynanın digər şəhərləri də hələ də Rusiyanın hava zərbələri təhlükəsi altındadır.

Qeyd edək ki, Müdafiə Nazirliyi düşmənin Ukraynaya hücum üçün hərbi güc toplamaqda davam etdiyini, Kiyevin düşmənin hədəfində qaldığını bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »