Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Kiyevi niyə tərk etmədiyini açıqlayıb
Zelenski Kiyevi niyə tərk etmədiyini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski bir çox ölkədən təkliflər almasına baxmayaraq, Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri niyə xaricə getmədiyini izah edib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində danışıb.

“İndi məni əsasən ölkəmdə baş verən hadisələrin qayğısı ilə yaşayıram. Ukraynalıların başına gələnlər məni hər şeydən çox düşündürür. Mən də onlardan biriyəm. Necə ölkədən çıxa bilərəm? Bu, sadəcə mümkün deyil, indiki halda qətiyyən olmayacaq məsələdir. Heç ağlıma belə bir şey gətirə bilmərəm. Prezident olmasaydım belə, bu fikrə düşməzdim və mən yenə Ukraynada qalardım, ölkəmin müdafiəsində iştirak edərdim. İnsanlar bu vəziyyətdə, dövlətim təhlükədə olduğu halda mən buranı necə tərk edə bilərəm? İndi üstəlik mənim üzərimdə böyük məsuliyyət olduğu halda bunu düşünmək belə istəməzdim. İnsanın həyatı onun ailəsi və vətəni ilə başlayır. Onların heç birini atmaq olmaz”, - deyə dövlət başçısı bildirib.

O, ölkədən çıxmasının düşmənin əlinə əks təbliğat üçün əsas vermək olduğunu da qeyd edib.

“İkincisi, bu, bizim danışdığımız əsas göstəricilərdən biridir, böyük əməliyyat idi. Əminəm ki, bu, ölkəmizdə sabitliyi pozan addımlardan biri olardı. Bu, şübhəsiz ki, bir parçalanma olardı. Ukraynanın silahlı qüvvələrinin, prezidentinin və xalqının belə vahid mövqeyi olmazdı”,- deyə Zelenski qeyd edib.

Jurnalistin aydınlaşdırıcı suallarına cavab olaraq prezident həm də Ukraynanın Rusiya Federasiyası ilə müharibədə qələbə çalacağına əmin olduğunu bildirib.

Daha əvvəl Zelenski bir çox dünya liderlərinin fikrini necə dəyişdiyini söyləyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »