Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Ukraynada sülhə nail olmaq üçün İstanbul prosesinə dəstək vermək lazımdır”
Ərdoğan: “Ukraynada sülhə nail olmaq üçün İstanbul prosesinə dəstək vermək lazımdır”

“Sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara dəstək vermək lazımdır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Kansleri Karl Nehammerlə telefon danışığı zamanı deyib.

Danışıqlar zamanı regional mövzular, o cümlədən Ukrayna ilə Rusiya arasındakı münaqişə, həmçinin Türkiyə-Avstriya münasibətləri müzakirə edilib.

“Ölkə başçısı Ukraynadakı müharibədə humanitar dramın aradan qaldırılması və atəşkəsə nail olmaq üçün hər fürsətdən istifadə edilməli olduğunu bildirib. O həmçinin sülh danışıqlarında irəliləyişə nail olmaq üçün İstanbul prosesinə dəstək verilməsinin zəruri olduğunu söyləyib. Prezident Türkiyənin münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb”, - Türkiyə Prezidentinin dəftərxanasından jurnalistlərə bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »