Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin generalları bir-birinin ardınca niyə həbs etdirir...
Putin generalları bir-birinin ardınca niyə həbs etdirir...

Rusiyada xeyli hərbi xadim Ukraynadakı uğursuzluğa görə həbs olunub. Təkcə 20 qərargah generalının azadlıqdan məhrum edildiyi bildirilir.

Budan başqa, Kremlin rəhbəri Vladimir Putinin indiyə qədər çox güvəndiyi adamlardan sayılan Vladislav Surkov ev dustaqlığına məhkum edilib. Ümumiləşdirsək, onların hamısı dövlət başçısını aldatmaqda ittiham olunur.

Bizimyol.info xəbər verir ki, Putinin generalları, güvəndiyi şəxsləri həbs etdirməsinin əsas səbəbi onda yanlış təsəvvürün yaradılmasıdır. Rusiya Prezidentini Kiyevi iki günə ələ keçirməyin mümkünlüyünə inandırmışdılar. Putin əmin idi ki, tezliklə Ukrayna paytaxtında hərbi parad keçirə biləcək. Ortada isə ağır mənzərə yaranıb. Rusiya ordusu təxminən 20 min hərbçisini itirib.

Rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorov hesab edir ki, Surkov Putini çox sarsıdıb. Onun fikrincə, dövlət başçısının keçmiş köməkçisi Kreml rəhbərini birbaşa aldadırmış. Nevzorov generalları da Surkovun yoldan çıxardığına əmindir.

Aleksandr Nevzorov Aleksandr Nevzorov

“Surkov Kreml pullarının asan əldə olunmasını, gözəlliyini tez dərk edənlərdəndir. Təsəvvür etmirsiniz ki, nə qədər puldan söhbət gedir. Sadəcə, Kremldə lazımi anda lazımi yerdə olmaq kifayətdir. Onda dollar çovğununa düşürsən. Surkov anlamışdı ki, böyük pullar əldə etmək üçün uyğun yalan uydurmaq lazımdır”.

Publisist deyir ki, Putinin keçmiş köməkçisi onu hətta SSRİ-nin bərpasına da inandıra bilib. Ümumiyyətlə, Rusiya Prezidentinin ətrafındakılar ona yalanlar danışmaqla həm də böyük mənfəət əldə ediblər.

“Surkov çox dərin adam sayıla bilməz. Ümumiyyətlə, xüsusi xidmət orqanlarının əməkdaşlarının vəzifələr siyahısına intellektual fəaliyyət daxil deyil. Onların işi protokol yazmaq, kimisə divara söykəyib güllələməkdir. Surkov generallara pıçıldayıb ki, gəlin Ukraynada 1686 gizli dəstələr yaratdığımızı, böyük maliyyəyə ehtiyac olduğunu deyək. Beləcə, mövcud olmayan dəstələrin adından milyardlarla vəsait silinib. Sonrası isə məlumdur...”

Nevzorova haqq qazandırmaq olar. Putin aldandığını anlayıb. Buna görə də ətrafındakı xeyli adamı həbs etdirib. Çox güvəndiyi Müdafiə Naziri Sergey Şoyqunun isə geniş infarkt keçirdiyi, yataqdan qalxmasının mümkün görünmədiyi bildirilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »