Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın ATƏT-dəki nümayəndəsi Borrelə “döyüş meydanına gəl” deyib
Rusiyanın ATƏT-dəki nümayəndəsi Borrelə “döyüş meydanına gəl” deyib

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi onun Ukraynada hərbi yolla həlli ilə bağlı sözlərinə cavab olaraq Borreli “döyüş meydanına gəlməyə” dəvət edib.

Bizimyol.info xəbər verir ki, bunu cümə axşamı Aleksandr Lukaşeviç "Rossiya-1" telekanalının efirində deyib.

"Mən cənab Borrelə bu sahəyə gəlməyə cəhd etməsini təklif edirəm, yəni indi silahlı qarşıdurma olan yerə gəlsin. Yaxşı, biz avropalılarla, Avropa İttifaqının nümayəndələri ilə məhz burada birtəhər "anlaşa" bilirik", - deyə o bildirib.

Lukaşeviç əlavə edib ki, Polşanın sədrlik etdiyi ATƏT anti-Rusiya konvensiyasına çevrilib: “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Polşanın hazırkı sədrliyinin rəhbərliyi altında mahiyyətcə açıq anti-Rusiya təbliğat mexanizminə çevrilib”, - deyə o,  “Rossiya-24” telekanalının efirində qeyd edib.

Rusiyanın Ukraynada insan haqlarını pozması ilə bağlı çərşənbə günü dərc olunan ATƏT hesabatını şərh edən Lukaşeviç qeyd edib ki, bu sənəd psevdoekspertlər tərəfindən tərtib edilib. "Hesabat Qərbin və Ukraynanın əsas tezislərini özündə cəmləşdirib: orada saxta, təsdiqlənməmiş və qeyri - ciddi məlumatlar qeyd edilib. Buna görə də dünən biz bu barədə şərh verməyi belə lazımsız hesab etdik", - deyə daimi nümayəndə qeyd edib.

Qeyd edək ki, 8-9 aprel tarixlərində Kiyevə səfərindən sonra Borrell tvitter hesabında Ukraynaya silah tədarükü də daxil olmaqla hərtərəfli dəstək veriləcəyini bildirib.  Diplomat əlavə edib ki, bu müharibə “döyüş meydanında qələbə ilə bitirilməlidir”. Beləliklə, müasir tarixdə ilk dəfə olaraq bu səviyyəli Avropa rəsmisi açıq şəkildə silahlı münaqişənin diplomatik həllindən çox hərbi yolla həllini müdafiə etdi. Daha sonra Borrell Aİ-nin Ukraynadakı münaqişənin güc yolu ilə həllinə nail olmaq və bu ölkəyə hərbi yardımı genişləndirmək istəyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »