Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibə xəbərləri və müharibədən fotolar uşaqlara açıq şəkildə göstərilməli deyil"
"Müharibə xəbərləri və müharibədən fotolar uşaqlara açıq şəkildə göstərilməli deyil"

Müharibələr təkcə baş verdiyi ölkələrdə deyil, digər ölkələrdə olan insanların həyatına da təsir edir. Yəni baş verən müharibənin fəsadları, ölümlər, itkinlər, dağıntılar, uşaq ölümləri və sairəni özündə əks etdirən “müharibə xəbərləri”, müharibə baş verən ərazilərdən fotolar bütün insanların psxiologiyasına, həyat tərzinə müəyyən qədər təsir edir. Bu təsir böyüklərlə yanaşı, uşaqlarda da özünü xüsusi olaraq göstərir. Bütün gün televiziya, kompüter qarşısında və ya əlində telefon, tablet olan uşaqların qarşısına müharibə xəbərləri də çıxır. Çünki demək olar ki, bütün saytlarda bu xəbərlərə böyük yer verilir. Yaşıdlarının öldürülməsi, təcavüzə uğraması, çılpaq, əl-qolu bağlı halda meyitlərini götmək və ya ölüm statistikanı eşitmək uşaqlara böyük, qarşısı alınmaz və ağrıdıcı zərbə vura bilər.

Son zamanlar Rusiya-Ukrayna müharibəsi zamanı mediada yer alan xəbərlər, bundan əvvəl Ermənistan-Azərbaycan arasında olan müharibə zamanı mediada yer alan xəbərlər, Suriya, Fələstin və s. ölkələrədə baş verən müharibələrin ürəkağrıdan fotoları... Bu müharibələr bitsə də insanların psixologiyasına vurduğu təsirlər heç bir zaman keçmir.

Mütəxəssislərin fikrincə, dünyada milyonlarla uşaq müharibə, zorakılıq, xəstəlik və ölümlə qarşı-qarşıya qaldığı halda bu prolemləri yaşamayan ancaq yaşıdlarının çarəsizliyini kütləvi informasiya vasitələri yolu ilə və ya valideynlərinin söhbətləri zamanı öyrənən uşaqların psixoloji vəziyyəti də eynən həmin hadisələri yaşayan uşaqlar kimi təsirlənir.

“Uşaqlar bu vəziyyətləri xəyal gücü ilə öz dünyalarının bir parçası halına gətirir və bu problemləri öz həyatlarında yaşaya bilirlər. Bu xəbərlərin uşaqlarda yaratdığı qayğı, qorxu, uşağın inkişafına, sanki hadisəni özü yaşamış kimi önəmli və qarşısını almaq olduqca çətin olan, bütün həyatı boyu onu izləyən psixoloji problemlərə yol aça bilər. Ruhi sarsıntılar və ruhi pozuntulara gətirib çıxara bilər. Buna görə də müharibə xəbələri, müharibədən fotolar və s. uşaqlara açıq şəkildə göstərilməməli, müharibədə öldürülən uşaqların şəkilləri, yaşadıqları təcavüz, zorakılıq və s. uşaqlara açıq şəkildə göstərilməməlidir”. Bu barədə Bizimyol.info xəbər portalına danışan psixoloq Nərmin Abdullayevanın sözlərinə görə, təkcə müharibə deyil, zorakılıq, sel, yanğın, zəlzələlər və s. bu kimi xəbərlərin yer aldığı saytlar, televiziya proqramlarından uşaqlar uzaq tutulmalıdır.

Nərminə Abdullayeva Nərminə Abdullayeva

Psixoloq qeyd edir ki, belə xəbərlər həyatımızın bir parçası olsa da, uşağın inkişafına, birbaşa sosial və duyğusal inkişafına mənfi təsir göstərir. Yəni “təhlükəsizlikdə” olduğunu düşünən uşaqlarımız bu xəbərlərlə özünü evin içində birdən-birə müharibənin ortasında, uşaqların ağladığ bir vəziyyətdə, dəfn mərasimlərində və ya xəstəxana otaqlarında görə bilirlər. Qorxuları, itkiləri və qayğıları özlərini “təhlükəsizlikdə” hiss etdikləri evlərində virtual olaraq yaşaya bilirlər.

Mütəxəssis qeyd edir ki, uşağın müharibə xəbərlərindən təsirləndiyi müəyyən əlamətlərlə özünü göstərə bilər.

“Uşaqların verdiyi suallar, gecə oyanmaları, işığı söndürməməyiniz istəmələri, ana-atalarından əl çəkməmək istəyi, heç bir səbəbi olmadan aqresivləşmə, ağlama və buna bənzər davranışlar müşahidə edirsinizsə, uşaqlarınızın müharibə xəbərlərindən ağır şəkildə təsirləndiyini başa düşməlisiniz. Bununla yanaşı gecə yataqlarını islatma, susqunluq, hiperaktivlik və ya özünə qapanma müşahidə edilə bilər” - deyə psixoloq bildirib.

Psixoloq bildirir ki,uşaqlar müharibə xəbərlərindən uzaq tutulmalıdır. Amma bu da mümkün deyilsə, baş verənlər onlara uyğun şəkildə izah edilməlidir.

“Bəzən validyenlər uşaqlarını qorxu ilə tərbiyə etməyə çalışırlar. Məsələn “sənin də ananı düşmənlər öldürəcək”, “atanı da güllələyəcəklər” və s. bu kimi təhdidlər uşaqların psixologiyasını sözün əsl mənasında zədələyir. Və yaxud “onlar valideynlərinə qulaq asmadılar ona görə bu problemi yaşayırlar”. Və yaxud “indi səni də onların yanına göndərərəm” kimi təhdidlər uşaqlara böyük zərər verir. Bunun əvəzinə vəziyyəti onlara başa salmaq lazımdır. Buna da səbriniz çatmırsa, uşaqları belə xəbərlərdən uzaq tutun” - deyə psixoloq bildirib.

P.S. Bir neçə gün əvvəl evdə uşaqlar Rusiya-Ukrayna müharibəsi zamanı təcavüzə uğramış, əl-qolu bağlanaraq öldürülmüş uşağın meyitinə baxaraq, bunu edənlərin nə qədər amansız, qəddar olduğunu dilə gətirdilər. Və soruşdular ki, “ana, 10 yaşlı uşağa bunu edənlər nə hiss keçirə bilərlər ki?”… Bu suala cavabı təbii ki, verə bilmədim. Bu kimi sualları cavablandırmaq çətin olduğu üçün uşaqları müharibəni əks etdirən xəbərlərdən uzaq tutmağa çalışın…

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »