Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mopedlərin iştirakı ilə olan qəzalarda sığorta şirkətləri əziyyət çəkirlər"
"Mopedlərin iştirakı ilə olan qəzalarda sığorta şirkətləri əziyyət çəkirlər"

Koronavirus pandemiyası ilə əlaqəli "evdəqal" kampaniyaları başladığı bir dönəmdə şəhərin küçələrində onlayn çatdırılma ilə məşğul olan moto-kuryer xidmətlərinin sayı artmağa başladı. İki illik bir dönəmdə şəhərin küçələrində moped sürücülərinin sayının artması Azərbaycan sürücüsü üçün alışılmış bir hal deyildi. Bununla yanaşı mopedlərin mühərrik həcmi az olduğu üçün dövlət nömrə nişanının olmaması, sürücülük vəsiqəsinin tələb edilməməsi, moped sürüclərinə yollarda istədikləri kimi hərəkət etməyə imkan yaradırdı. Məhz elə buna görədir ki, mopedlərin iştirakı ilə baş verən qəzaların sayı artırdı. Bu qəzalar zamanı avtomobillərə dəyən zərərlə yanaşı, moped sürücülərinin ölümü və s. daha ağır vəziyyətlər ortaya çıxırdı. Çox zaman isə bu qəzalarda məhz avtomobil sürücləri mühakimə edilir, cəzalandırılırdı.

Mopedlərlə bağlı qanunvericiliyə yeni dəyişiklikırin edilməsi gözlənilir. Yəni bundan sonra mopedlər dövlət qeydiyyatından keçiriləcək, onlara dövlət nömrə nişanı veriləcək və bununla yanaşı daha mopedləri istəyən hərkəs sürə bilməyəcək. Moped sürücülərindən də sürücülük vəsiqəsi tələb ediləcək.

“Mopedlərin (mühərrik həcmləri 50 kubmetrə qədər olan) dövlət qeydiyyatına alınması, eyni zamanada onların sürücülük hüquqlarının təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə Daxili İşlər Nazirliyi tərəfindən təkliflər verilib. Təkliflər hökümət tərərfindən müsbət qarşılanıb”. Bu barədə yerli mətbuata Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli danışıb. O, qeyd edib ki, yaxın zamanlarda bu növ nəqliyyat vasitələrinin idarə edən şəxslərin də hüquqlarının, eyni zamanda məsuliyyətlərinin artırılması istiqamətində də normativ hüquqi bazaya dəyişikliklər olunacaq beləliklədə kortəbii şəkildə təsadüfi adamlar bu növ nəqliyyat vasitələrini idarə edərkən daha məsuliyyətli olmağa məcbur olacaq bu isə problemlərin bir qismini həll edəcək.

  • Moped sürücülərindən sürücülük vəsiqəsinin tələb edilməsi və mopedlərə dövlət nömrə nişanı tələbi nəyi dəyişəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mopedlərlə bağlı qanunvericiliyə dəyişiklik artıq zərurətə çevrilib. Son dövlərdə Bakı şəhərində mopedlərin sayının artması ilə qəzaların sayımın artdığını da vurğulayan ekspert bildirir ki, mopedləri 16 yaşında və daha kiçik uşaqlar da idarə edirlər.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Mopedlərin iştirakı ilə olan qəzalar zamanı qarşı tərəfə dəyən zərərin ödənilməsi zamanı sığorta şirkətləri əziyyət çəkirlər. Çünki həmin mopedlərin sığortası olmur, onlar icbari sığortadan keçmirlər. Bu kimi prolemlər dəyişikliyin zərurətini göz önünə gətirir” deyən ekspert bildirir ki, mopedlər üçün sürücülük vəsiqəsi tələbi əvəzinə mopedlərin nişanlanması da kifayət edərdi. Hazırda isə, vəziyyət bir qədər ağırlaşdırılmış kimi hiss edilir. Mopedlərin mühərrik həcmi 50 kub/sm-ə qədər olur. Bu səbəbdən də “moped sürücülərinin sürücülük vəsiqəsi olmalıdır” şərti kimi tələbin olması əvəzinə ütün mopedlərin qeydiyyatdan keçirilməsi daha əhəmiyyətlidir. Mopedlər üçün dövlət nömrə nişanı və ya xüsusi identifikasiya nömrəsi alınmalıdır.

“Nəzərə almaq lazımdır ki, getdikdə mopedlərin sayı artacaq. Bu səbbədən belə addımların atılması zəruridir. Bəzi ölkələrdə moepdlərə ümumiyyətlər hərhansı bir tələb yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində moped sürücülərindən sürücülük vəsiqəsi və ya mopedlərin nömrə nişanı tələb edilmir. Bəzi ölkələrdə isə, məsələn Qazaxıstanda moped sürüclərinin həm sürücülük vəsiqəsi, həm də mopedlərin dövlət nömrə nişanı olur. Yəni bununla bağlı tələblər ölkələrə görə dəyişir. Azəraycanda da sürücülük vəsiqəsi tələbi mütləq olmaya bilər. Amma həmin moped nəqliyat vasitəsi kimi hərhansı bir formada nişanlanmalıdır ki, qəza zamanı həmin mopedin sürücüsü aşkarlana bilsin və moped icbari sığortada olsun ki, qəza zamanı moped sürücüsünün digər vətəndaşa vurduğu zərər ödənilə bilsin” - deyə ekspert bildirib.

P.S. Daha “tez çatdırılma” üçün çalışan bu sürücülər qəzalar zamanı dünyasını dəyişir. Bəlkə qanunvericiliyə təkilf edilən dəyişiklik çoxunun nəzərində birmənalı qarşılanmayacaq, bəlkə bu tələbi “kiminsə çörəyinə bais olmaq” kimi qiymətləndirənlər də olacaq. Ancaq “çörək qazanmaq üçün” canından olmaqdansa, əziyyətli qazanmaq daha yaxşıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »