Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə təhsil alan şəxslərin diplomları hansı meyarlar əsasında tanınır?
Xaricdə təhsil alan şəxslərin diplomları hansı meyarlar əsasında tanınır?

Xaricdə təhsil alan şəxslərin diplomlarının ölkə ərazisində tanınması ilə bağlı zaman-zaman şikayətlər, narazılıqlar yaşanır. Məsələni dərindən araşdırdıqda isə, çox zaman problemin kökündə şəxslərin xaricdə təhsilə məsuliyyətsiz şəkildə yanaşdığının şahidi oluruq.

Xaricdə təhsil təklif edən müəssisələrin reklamı, “imtahansız, atestatla ali təhsil” reklamına aldanış, təhsil alacaqları təhsil müəssisələrinin araşdırılmaması, təhsil müəssisəsi olan ölkələrə getmədən onlayn təhsil, təhsil aldıqları sahə üzrə, təhsil müddəti bitdikdən və diploma aldıqdan sonra biliklərin olmaması və s. bu kimi problemlərin xaricdə təhsil alan şəxsləri diplomlarının tanınmaması kimi problemlə qarşı-qarşıya qoyur.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatına görə, mart ayında ötən ay 98 müraciətçinin 71-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 27 nəfərin diplomu isə tanınmayıb.

Bəs xaricdə təhsil alan şəxslərin diplomları hansı meyarlar əsasında tanınır?

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Buna görə də bəz məqamlar üzrə ekspertiza həyata keçirilir. Bura, şəxsin tədris müddətində ali təhsil müəssisəsinin müəyyən etdiyi normativə uyğun olaraq təhsil alınan ölkənin ərazisində olması, xarici ali təhsil ixtisasa ölkə ərazisində ekvivalent ixtisasın təyin edilməsi, tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi və ali təhsil müəssisəsinin akkreditasiya statusunun müəyyən edilməsi nəzərə alınır. Yəni bütün bu prosedurlardan sonra xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması həyata keçirilir.

Xarici təhsil alan şəxslərin diplomlarının tanınıb-tanınmayacağını öyrənmək üçün, öncədən, həmin təhsil müəssisəsinə müraciət etməmişdən əvvəl kiçik araşdırma aparmalıdırlar. Təhsil müəssisəsi, verdiyi təhsil, akreditasiya məsələsi və s. nəzərə alınmalıdır.

Qeyd edək ki, xaricdə təhsil almaq istəyən şəxslər bu xidməti təklif edən şirkətlərin yardımı olmadan, yəni əlavə vəsait ödəmə özləri seçdikləri universitetlərə birbaşa müraciət edə, sorğu göndərə bilərlər. Nəhayət təhsil almaq istədiyini ali təhsil müəssisəni araşdırdıqdan sonra, qərarınızı verməlisiniz. Yəni, təriflərə və şirkətlərin vədlərinə deyil, öz araşdırmalarınıza inanın.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »