Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibəni Putin üçün uzunmüddətli uğursuzluğa çevirəcəyik" - ABŞ
"Müharibəni Putin üçün uzunmüddətli uğursuzluğa çevirəcəyik" - ABŞ

ABŞ Dövlət katibi Entoni Blinken Rusiya qoşunlarının Kiyev ərazisindən geri çəkilməsinə və Ukrayna qüvvələrinin qələbəsinə baxmayaraq, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ bitməyəcəyini qeyd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb. Qeyd edilib ki, Rusiya Ukraynanın şərqində və cənubunda hücumları bərpa etmək üçün qüvvələrini yenidən yerləşdirir.

Blinken “Ağ Evin” prezident Co Baydenin adından Dövlət Departamenti tərəfindən verilmiş 800 milyon dollarlıq yeni müdafiə yardımı paketinin Ukraynaya verilməsi qərarını alqışlayıb. O, bildirib ki, Ukrayna gələcəyi uğrunda mübarizədə yeni mərhələdədir. Belə ki, Ukrayna ABŞ və dünya üzrə müttəfiqlərinin köməyi bu mərhələyə hazırlaşır. Və bu mərhələdə ABŞ, onun müttəfiqləri və tərəfdaşları əlavə hərbi yardımı artırmaq üçün indi hərəkətə keçməlidir. Dövlət katibi eyni zamanda prezident Co Baydenin adından, 2021-ci ilin avqustundan başlayan və bu dəfə 800 milyon dollar həcmində olan hərbi yardım paketinin Ukraynaya yeni, yeddinci transferini təsdiqləyib.

Entoni Blinken Entoni Blinken

Yeni paket Ukrayna hökumətinin istəklərini əks etdirir. Bura artilleriya, zirehli texnika, helikopterlər və sahil müdafiəsi üçün pilotsuz təyyarələr, həmçinin hərbi dəstək avadanlığı, tank əleyhinə silahlar, radar avadanlığı, taktiki pilotsuz uçuş aparatları, tibbi avadanlıq və zirehlər daxildir.

Entoni Blinkenin sözlərinə görə, bugünkü paketlə Co Bayden administrasiyası artıq Ukraynaya 3,2 milyard dollardan çox təhlükəsizlik yardımı göstərib. Rusiya müharibəyə başlayandan sonra ABŞ tərəfindən Ukraynaya 2,5 milyard dollardan çox yardım göstərilib.

"Biz Ukrayna ilə sıx əlaqə saxlayırıq və prezident Zelenskinin hücumların dayandırılmasına və Rusiya qoşunlarının çıxarılmasına səbəb ola biləcək diplomatik vasitələrə əhəmiyyət verməsini dəstəkləyirik. Eyni zamanda danışıqlarda Ukraynanın mövqeyini maksimuma çatdırmağa və Putinə təzyiqi artırmağa çalışırıq",- deyə Blinken deyib. Dövlət katibi həmçinin əlavə edib ki, Rusiya ilkin planını - Kiyevi ələ keçirmək və bütün ölkəni əsarət altına almaq cəhdini həyata keçirə bilməyib. Buna baxmayaraq dövlət katibi “rahatlaşmaq üçün hələ tez” olduğunu bildirib.

"ABŞ və beynəlxalq ictimaiyyət Putinin müharibəsini Kreml üçün uzunmüddətli strateji uğursuzluğa çevirəcək", - Dövlət Departamentinin rəhbəri əlavə edib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »