Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-dən qlobal aclıq və yoxsulluq xəbərdarlığı
BMT-dən qlobal aclıq və yoxsulluq xəbərdarlığı

Ukraynada müharibə bəşəriyyətin əhəmiyyətli bir hissəsini aclıq və yoxsulluğa məhkum edə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş sosial şəbəkəhesabında yazıb. O, qeyd edib ki, Ukraynadakı müharibə bəşəriyyətin 1/5-dən çoxunu yoxsulluğa və aclığa sürükləyə bilər. Müharibənin və onun nəticələrinin dünyanın ən yoxsul və ən həssas insanları üçün yeganə qalıcı həlli sülhdür.

Antonio Quterreş Antonio Quterreş

"Ukraynadakı müharibə artıq tədarük zəncirlərini pozub və yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin kəskin artmasına səbəb olur. Biz aclıq dalğasının və qlobal ərzaq sisteminin dağılmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik",- deyə Quterreş əlavə edib. Çünki Ukrayna taxıl ixracı ilə yanaşı, günəbaxan yağının ilk tədarükçüsü, soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür. Həm Rusiya, həm də Ukrayna aqrar-sənaye sektorunda əsas ixracatçı olduğu üçün Avropa İttifaqı dünyada ərzaq böhranı barədə xəbərdarlıq edib. Burada isə söhbət taxılın, enerjinin, gübrələrin, metalların və bu kimi məhsulların mümkün qiymət artımından gedir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin fikrincə, Asiya, Afrika və hətta Avropanın bir çox ölkələrində əsas məhsullara çıxış, ərzaq qiymətləri ilə bağlı fövqəladə problemlər yarana bilər. Bu narahatlığın aktual olduğunu qeyd edən prezident qeyd edib ki, Ukrayna qırx milyon ukraynalıdan əlavə, dünyada təxminən 400 milyon insanı ərzaqla təmin edib.

“Qlobal fəlakət baş verdi! Rusiya qlobal təhlükəsizlik arxitekturasını məhv etdi, beynəlxalq münasibətlərə güclü zərbə vurdu. Amma bu, hələ başlanğıcdır. Bu müharibənin ardınca qlobal ərzaq böhranı gələ bilər”,- deyə Zelenski bildirib.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə isə, ən böyük zərbə Ukrayna və Rusiyadan idxaldan ən çox asılı olan ölkələrin iqtisadiyyatına dəyəcək.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »