Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə nəticəsində hansı məhsullar qıtlaşacaq...
Müharibə nəticəsində hansı məhsullar qıtlaşacaq...

“Artıq bir çox ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrini hiss ediblər. Xüsusən də ərzaq məhsulları bahalaşıb, müəyyən məhsullarda qıtlıq yaranıb. Mart ayında dünya ərzaq qiymətləri indeksi 12,6 faiz bahalaşıb. Xüsusilə, dünya bazarında taxılın qiyməti 17 faiz, bitki yağları 23 faiz, şəkər 6,7 faiz bahalaşıb. Dünya bazarında kənd təsərrüfatı məhsullarının qiymətlərinin daha da artacağı gözlənilir".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna mediasına iqtisadçı Aleksandr Xmelyovski danışıb. Onun sözlərinə görə, Ukraynanın ötənilki məhsuldan xeyli ərzaq ehtiyatı var. Hətta bu il istehsalın azalması ukraynalıların tələbatını tam ödəyəcək. Lakin müharibə Ukraynanın ixrac infrastrukturunu məhv edib. Buna görə də Ukrayna şirkətləri logistikanı dəyişməli, kənd təsərrüfatı məhsullarını dəmir yolu ilə Avropaya ixrac etməlidirlər.

Sənaye İdarəetmə Şirkətinin baş direktoru Valeri Kırılkonun fikrincə isə, dünya buğda və arpa tədarükündə fasilələrə hazırlaşmağa başlayıb: “Ukraynada məhsuldarlığın azalması daha çox yağlı və dənli bitkilərə təsir edir. Yazlıq əkinlərin məhsuldarlığının pozulması bütün dünyada potensial olaraq ciddi uzunmüddətli nəticələrə gətirib. Ən çox Ukraynada qarğıdalı və günəbaxan və ötən payızda əkilən buğda məhsulu zərər çəkəcək".

Kırılkonun sözlərinə görə, dünya bazarlarında daha çox günəbaxan yağının qıtlığı müşahidə ediləcək. O, hesab edir ki, Rusiya-Ukrayna müharibəsindən bütün mövcud problemlər yalnız başlanğıcdır. Bu təcavüzün tez bir zamanda sona çatmasına kömək edilməsə, bunun daha ağır nəticələri ola bilər. Afrika və Asiyada milyonlarla insan ərzaq çatışmazlığı və aclıq yaşaya bilər.

Xatırladaq ki, keçən il ukraynalı fermerlər taxıl və yağlı bitkilərin yığımını rekord həddə - 106 milyon tonla başa çatdırıblar. Bu isə, ilk maksimum göstəricidir. Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyi müharibə dövründə kənd təsərrüfatı məhsullarının milli ixracını ayda 1,5 milyon ton artırmaq üzərində çalışır. Son məlumatlara görə, fevralda dəmir yolu ilə 150 min ton, martda 300 min ton kənd təsərrüfatı məhsulları ixrac edilib.

Ukrayna öz ehtiyatları və hələ rekord olmasa da, yeni məhsullar hesabına uzun müddət dayana biləcək. Amma digər ölkələr öz vətəndaşlarını qidalandırmaq və onları ərzaq böhranından qorumaq barədə düşünməlidirlər. Çünki Ukraynada müharibənin uzanacağı təqdirdə qlobal nəticələrə gətirib çıxaracaq.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »