Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Sankt-Peterbura yarım saatlıq məsafə qədər yaxınlaşır
NATO Sankt-Peterbura yarım saatlıq məsafə qədər yaxınlaşır

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyir ki, Rusiya Ukraynaya qarşı müharibəni səhv hesablayıb. Çünki NATO onun sərhədlərinə “Sankt-Peterburqdan yarım saatlıq məsafə”yə qədər yaxınlaşacaq.

Bizimyol.info xəbər verir ki, Podolyak bu barədə "Telegram"da məlumat verib.

Rusiya həmişə bəyanatlarının absurdluğu və məntiqsizliyi ilə seçilib. Bəli, bu qəribə ölkə bizim NATO-ya üzv olmağımıza mane olmaq üçün Ukraynaya qarşı kütləvi vəhşi müharibəyə başladığını iddia edir. "Sərhədlərimizi qoruyuruq", Ukraynalıların qətliamına bundan daha ikiüzlü səbəb tapmaq mümkün deyil. Yaxşı, yaxın altı ayda baş verə biləcək İsveç və Finlandiya Alyansa daxil olduqdan sonra Kreml NATO-nu Sankt-Peterburqdan yarım saatlıq məsafədə olduğunu görəcək. Əgər ölkə riskləri təhlil etməyi bilmirsə, bunlar məcburi nəticələrdir”, - deyə Podolyak bildirib.

"20 000+ rus əsgəri artıq həlak olub (bu gün üçün, çünki sabah daha çox olacaq). Dağılmış iqtisadiyyat yalnız xammal satışı ilə dəstəklənir. Baxmayaraq ki, bu, artıq sual altındadır. Tam siyasi təcrid. Son dərəcə zəhərli reputasiya. "Buça qəssabları” artıq tarix kitablarında yazılıb. Amma “xüsusi əməliyyat” hələ də “plan üzrə gedir”, deyməyə davam edirlər. Bu hansı plan idi və ağlı başında olan kim buna icazə verib? Belə bir planı yalnız hər hansı səbəbdən ağlını itirmiş adam təsdiqləyə bilərdi", -deyə o qeyd edib.

Qeyd edək ki, İsveçin baş naziri Maqdalena Andersson iyunda keçiriləcək NATO sammitində ölkəsinin Alyansa üzvlüyü üçün müraciət edəcək. Bununla yanaşı olaraq Finlandiyada da müzakirələr başlayıb. Nəticədə ölkə bir neçə həftə ərzində NATO-ya üzvlük üçün müraciət edə bilər.

Fevralın 24-dək bu ölkələr NATO-ya daxil olmaq niyyətlərini bəyan etməmişdilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »